• Rus Dili
  • Reklam
    » » 3 il öncəki Lələtəpə əməliyyatı hansı həqiqətləri üzə çıxardı?
    

    3 il öncəki Lələtəpə əməliyyatı hansı həqiqətləri üzə çıxardı?

    4-04-2019, 09:00
    Oxunub: 108
    Şərhlər: 0
    Çap versiyası
    3 il öncəki Lələtəpə əməliyyatı hansı həqiqətləri üzə çıxardı?
    Əhəd Məmmədli: “Aprel əməliyyatının ən azından təkrarı olmalıdır”; Ramil Məmmədli: “Qələbə bizə daha yaxındır”
    2016-cı ilin bu günlərində 4 günlük aprel müharibəsi çərçivəsində baş verən Lələtəpə əməliyyatından 3 il ötür. Bu əməliyyatdan sonra Lələtəpə kimi strateji yüksəkliyi Azərbaycan ordusu düşməndən geri almaqla 1994-cü ildə azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin etdi.

    Lələtəpə əməliyatının Azərbaycan önəmi hər zaman yüksək dəyərləndirilir.

    AĞ Partiyanın başqan müavini, politoloq Əhəd Məmmədli daha geniş əməliyyata ehtiyacın olduğunu söylədi: “Üç il öncəki Lələtəpə əməliyyatı Azərbaycan ordusunun bir gecədə asanlıqla düşmənin mövqelərinə keçdiyini göstərdi. Ermənilərin bəh-bəhlə danışdığı müdafiə redutunu asanlıqla keçdik. Çox az da olsa işğal olunmuş ərazilərimizin bir hissəsini qaytardıq. Aprel müharibəsi tarixə Azərbaycan ordusunun uğuru kimi düşdü. Əsas müsbət nəticələr bunlar oldu. Lələtəpə əməliyyatı Azərbaycan ordusunun və Azərbaycan xalqının ruhunun ən yüksək səviyyədə olduğunu göstərdi. Vəziyyətin dəyişilməsi üçün gərək düşməndən ən azı 1-2 rayon qaytaraq. Belə bir əməliyyatdan daha geniş əməliyyata hava-su kimi ehtiyac var. Mən şəxsən bu il buna oxşar, amma daha böyük miqyasda əməliyyat gözləyirəm. Əlbəttə aprel əməliyyatının ən azından təkrarı olmalıdır.

    3 il öncəki Lələtəpə əməliyyatı hansı həqiqətləri üzə çıxardı?


    Vyana görüşündən, erməni müdafiə naziri Tonoyanın növbəti sərsəmləmələrindən sonra Azərbaycan ordusu növbəti hərbi əməliyyat anonsunu verməlidir. İndiki şəraitdə ümumi vəziyyət heç də Azərbaycanın xeyrinə deyil və bu vəziyyəti tezliklə xeyrimizə dəyişməsək, Qarabağ Qüds, Colan təpələrinin aqibətini yaşaya bilər. Bu il Qarabağ münaqişəsinin sınma ili ola bilər, hər şey Azərbaycanın xeyrinə olmalıdır. Şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm. Aprel müharibəsində şəhidlərimiz, əsasən də, xüsusi təyinatlar qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyat üç il ərzində bir daha onu göstərdi ki, ermənilərin ağsaqqalı ruslardır və əslində Qarabağı Rusiya işğal edib”.

    3 il öncəki Lələtəpə əməliyyatı hansı həqiqətləri üzə çıxardı?


    Hərbi-siyasi icmalçı Ramil Məmmədli Lələtəpə əməliyyatının üzə çıxardığı həqiqətlərdən söz açdı: “Azərbaycan Silahlı Qüvvələri 23 il ərzində Ermənistanın gücləndirdiyi müdafiə xəttini qısa vaxtda məhv edərək irəliləyə bildi. Bu çox vacib məqamdır. Yəni ermənilərin keçmiş müdafiə naziri olan Seyran Ohanyanın adı ilə məşhurlaşdırdıqları “Ohanyan xətti” adlandırılan mühəndis-istehkam səddi bir neçə saatda cəbhənin bir neçə istiqamətində darmadağın edilib. Əminəm ki, bu həmin istiqamətdə sonrakı uğurlarımızın başlanğıcı olacaq. Çünki 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə həyata keçirilən əməliyyat nəticəsində Cəbrayıl rayonu istiqamətdə Lələtəpə yüksəkliyinin ordumuz tərəfindən işğaldan azad edilməsi bir neçə km ərazini nəzarətdə saxlamağa imkan yaratdı. Bu yüksəklik uğrunda 1994-cü ildə ağır döyüşlər gedib. Lakin Ermənistan hərbi birləşmələri Lələtəpəni özlərində saxlaya biliblər. Ancaq ordumuz Lələtəpə yüksəkliyini geri qaytarmaqla Cəbrayılın Mehdili, Horadiz və Qazaxlar kəndi istiqamətində hərbi üstünüyünü artırdı. Həmin istiqamətdə yaşayış məntəqələrimizin davamlı atəşə məruz qalmasının qarşısı alındı. Bu sonrakı hərbi əməliyyatlarda manevr imkanlarımızı da genişləndirəcək. Unutmayaq ki, 1994-cü ildə ordumuzun Arazboyu irəliləməsinin qarşısını alan məqamlardan biri də Lələtəpənin ermənilərin əlində olması olub.

    Artıq bu “qapı” üzümüzə açıqdır. Bu əməliyyat Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığınının, müdafiə imkanlarının, operativ reaksiyasının nə yerdə olduğunu üzə çıxartdı. Bəlli oldu ki, Ermənistanda 23 il ərzində ordu quruculuğu təbliğ olunduğu kimi deyil və müdafiə imkanları çox aşağı səviyyədədir. Bundan başqa qoşunların koordinasiyalı fəaliyyətində də problemlər var. Əsas məqamlardan biri də Ermənistan ordusunun əks-hücum imkanları və bunu dəstəkləyən texnikası zəifdir. Elə buna görə də bir neçə saat ərzində Azərbaycan Ordusunun geri aldığı mövqeləri ermənilər 3 gün dayanmadan əks-hücum həyata keçirsələr də geri qaytara bilmədilər. Apreldə ordumuzun qazandığı qələbə Ermənistanda daxili siyasi çəkişmənin alovlanmasına da təkan verdi. Bu məğlubiyyətə görə, qısa müddətdə Ermənistan Ordusunun hərbi rəhbərliyi işdən qovuldu. Azərbaycan hərbi gücünü və mövqeyini açıq şəkildə göstərdi, qələbə ümidimizi artırdı, Azərbaycanı məğlub durumdan çıxartdı. Bu tipli əməliyyatların olması istisna olunmur. Proseslər və Ermənistanın danışıqlardakı mövqeyi, daha doğrusu yayınması bunu deməyə əsas verir. Azərbaycan Ordusu hazırda cəbhədə - qoşunların təmas xəttindəki vəziyyətə nəzarət edir.

    Yəni artıq ciddi üstünlük əldə etmişik. Bu vəziyyət erməniləri daim gərginlikdə saxlayır. Artıq bəlli olur ki, erməni cəmiyyəti də müharibəyə hazır deyil. Növbəti həmlə Ermənistan Ordusunun Qarabağdakı mövqelərinin daha geniş miqyasda itirilməsi ilə nəticələnəcək. Əksinə, Azərbaycanda isə aprel döyüşləri cəmiyyətimizin müharibəyə hazır olduğunu açıq-aydın göstərdi. Minlərlə vətəndaş cəbhəyə axışaraq, hərbçilərimizə dəstək nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edərək, müharibəyə getmək istədiklərini bildirdilər. Şəhidlərimizin dəfn mərasimləri isə heç kimin xatirindən çıxmayıb. Aprel döyüşlərində şəhid olan döyüşçülərimiz minlərlə azərbaycanlının çiynində son mənzilə yola salındı. Bu xalqın şəhidinə olan hörməti idi. Şəhidlərin dəfn mərasimləri həm də düşmənə qarşı qəzəbin nümayiş meydanı idi. Ermənilər bunu görür və əminəm ki, Azərbaycan xalqının döyüş bacarığından, qəzəbindən öz paylarını götürürlər. Azərbaycan Ordusunun güclənməsi onu deməyə əsas verir ki, qələbə bizə daha yaxındır”.

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.