• Rus Dili
  • Reklam
    » » Perinçək: "Ərdoğansız bura yanğın yerinə dönər"
    

    Perinçək: "Ərdoğansız bura yanğın yerinə dönər"

    14-04-2019, 13:45
    Oxunub: 166
    Şərhlər: 0
    Çap versiyası
    Perinçək: "Ərdoğansız bura yanğın yerinə dönər"Ərdoğansız hökumət qurmağa çalışsanız, o hökumət FETÖ, PKK, CHP, İYİ hökuməti olar. Onlar da Türkiyəni yanğın yerinə döndərər, 3 ay belə idarə edə bilməz.

    Bunu Türkiyənin Vətən Partiyasının lideri, seçkilərə hər zaman tək başına qatılan Doğu Perinçək deyib. O, FETÖ, HDP və PKK xaricindəki qüvvələrin bir hökumətdə birləşdirilməsi gərəkdiyini bildirib: “HDP, PKK, FETÖ xaindir, düşməndir, ABŞ-ın qüvvələridir. Onlara iqtidar fürsəti yaratmaq bir kənara qalsın, onlara həbsxanadan başqa heç bir imkan və yer verə bilmərik. Buna görə də FETÖ, PKK, HDP-dən başqa qüvvələri bir hökumətdə birləşdirmək siyasi həll baxımından çox vacibdir. AKP və Rəcəb Tayyib Ərdoğanı kənarda qoyaraq Türkiyə bu çətinlikdən çıxa bilməz. Vətən Partiyasının tərəfdarları da bunu deyən kimi Türkiyəni Ərdoğanla birgə idarə edib-etməyəcəyimi soruşur. Bəli, Ərdoğanla bərabər Türkiyəni idarə etməyə məcburuq. Türkiyə Ərdoğansız buradan çıxa bilməz. Çünki Ərdoğanın arxasında Türkiyənin yarısı var. Dövlət Baxçalı da onunla birlikdədir. İkisi Türkiyənin yarısı deməkdir Tayyip Ərdoğansız bir hökumət qurmağa cəhd etdiyimizdə o hükümet, FETÖ, PKK, CHP, İYİ Partiya höküməti olar. Onlar da Türkiyəni yanğın yerinə çevirər, 3 ay idarə edə bilməzlər.”




    Virtualaz.orgскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.