• Rus Dili
  • Reklam
    » » Transmilli şirkətlərin ideologiyasız dünya projesi və biz - Azər Hüseynovun yazısı
    

    Transmilli şirkətlərin ideologiyasız dünya projesi və biz - Azər Hüseynovun yazısı

    30-04-2019, 23:01
    Oxunub: 146
    Şərhlər: 0
    Çap versiyası
    Transmilli şirkətlərin ideologiyasız dünya projesi və biz - Azər Hüseynovun yazısıƏslində məktəblərdə dinin tədris edilib edilməməyi ilə bağlı yazmayacam! Çünki təbiidir ki, bu məsələyə münasibət ideoloji fərqlilikləri ortaya qoyur. Mən diqqəti başqa istiqamətə yönəltmək istərdim.

    Qarabağ uğrunda savaşmağı qətiyyən düşünməyən bir nəsil yetişir. Qəribəmi gəldi? Gəlməsin! Baxın Avropa İttifaqı qurulandan bu yana, hətta ikinci dünya müharibəsindən bu yana Qərbi Avropada heç bir dövlət arasında müharibə həddində bir savaş olmadı. Artıq Avropada gənclərin başından tarixi milli sərhədlər silinib. Tarixi irs ancaq bəzi alimləri, bir-iki ortalıqda qalmış siyasətçini maraqlandırır. Orada ictimai həyatın mərkəzi şüarı özünü ifadə azadlığıdır. Qlobal məkanda iş görən transmilli şirkətlərə böyük bazar və romantik milli duyğulardan məhrum olan əhali kütləsi lazımdır.

    Ona görə savaş istisnadır. Qərbi Avropa məkanı daxilində! Nə vaxt ki, transmilli şirkətlərə bunun əksi lazım olacaq, onda ideolojiler də dəyişəcək. Gələk bizə. Bizim gənclər üçün Avropa bir idealdır. Musiqisi, yazısı, korporativ yüksəlişi ilə. Duyğu ehtiyacı isə ancaq cinsi müstəvidəki sevgi ilə, mahnılar və rəqslərlə ödənir. Bu nəsil, heç bir zaman Qarabağ üçün həzzlərə son verən ölümə tərəf getməz. Mən hər şeyi inkar edən bir tipaj deyiləm. Hər halda düşünürəm ki, dövlət idarə aparatında milli duyğularla əlaqəsini saxlayan insanlar bu qorxulara qarşı dini tədrisi istəyir.

    Çünki onların içində də erməni gülləsini bədənində, təcavüzünü ürəyində daşıyanlar var. Amma bir tərəfdə də kosmopolit müxalifətçiləri görürük. Mən burada da hamısını demirəm. Amma vallahi, billahi Qərb aşiqləri üçün Qarabağ hədəf deyil! Niyə? Qarabağ bir qeyrət məsələsidir. Sizdən soruşuram, milli anlam daxilində başa düşülən qeyrət izahı Avropadan gələrmi? Qarabağ bir tarix məsələsidir! Tarixi dəyərlərinizə cahillik deyənin Qarabağ dərdi olarmı? Qarabağ bir intiqam məsələsidir! Analarımızın təhqir edilmiş namusları üçün dura bilməkdir. Bu zehniyyət niyə intiqam alsın ki..?

    Azər Hüseynov /Avropa.info/скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.