• Rus Dili
  • Reklam
    » » "Mütəşəkkil saxtakarlıqla milli iradənin qəsbini görməzdən gələ bilməzdik" - Ərdoğan İstanbul seçkilərinin ləğvi haqda
    

    "Mütəşəkkil saxtakarlıqla milli iradənin qəsbini görməzdən gələ bilməzdik" - Ərdoğan İstanbul seçkilərinin ləğvi haqda

    7-05-2019, 14:25
    Oxunub: 170
    Şərhlər: 0
    Çap versiyası
    "Mütəşəkkil saxtakarlıqla milli iradənin qəsbini görməzdən gələ bilməzdik" - Ərdoğan İstanbul seçkilərinin ləğvi haqda"Seçki bitdi, amma mübahisələr hələ bitmədi. Bu seçkilərin ən mübahisəli məsələsi İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkiləri oldu."

    Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan YSK-nın İstanbulda təkrar seçki qərarına münasibət bildirərkən deyib.

    "İstanbulda 25-28 min arasında bir fərqlə AK Partiyanın məğlub olduğu elan edildi. Biz milli iradəyə olan sayğımızdan bu qərarı hörmətlə qarşılamağa hazırdıq. İrəliləyən saatlarda və günlərdə ortaya çıxan seçki protokolları və birləşdirmə aktları arasındakı fərqləri görüncə qarşımıza yeni bir mənzərə çıxdı.


    Bəzi məntəqələrdə yenidən sayımı nəticəsində AK Partiyanın 15 min seçicisinin səsinin qəsb edildiyi üzə çıxdı. Rayon və vilayət seçki komissiyalarına iradlarımızdan sonra məsələni YSK-ya daşıdıq. Təqdim etdiyimiz sənədlər olduqca keçərli idi. Etdiyimiz hər bir etirazın arxasında inkarı mümkün olmayan konkret dəlillər vardır. Aradakı fərq haradasa yarı yarıya azalmamış olsaydı məsələ buralara qədər gəlməzdi. Amma qanunsuzluğu, iradə qəsbini görməzdən gələ bilməzdik. Seçki gecəsindən bu günə qədər baş verən prosesin səbəbi budur.

    Biz bu edilənlərin hesabını milli iradə oğrularından sormazsaq, millətimiz bizdən hesab soruşar. İstanbuldakı təxminən 62 min seçki komissiyası üzvünün haradasa 20 minə yaxınının seçki qanunundakı açıq əmrə baxmayaraq, dövlət məmuru deyil bank əməkdaşlarından seçilmiş olması şübhələrimizi daha da artırdı. Bir sıra çirkli əllərin işin içinə girdiyi və məsələni addım-addım bu nöqtəyə gətirdiyi görünür. İBB seçkilərində idarə olunan mütəşəkkil saxtakarlıq və tam qanunsuzluq olduğuna səmimi olaraq inanırıq.

    Tək-tək nöqsanlar üzrlü ola bilər, amma sandıq heyəti üzvlərinin, rəhbərlərinin haradasa 3/2 -sinin qanuna zidd təyin olunmasını, etibarsız sayılan səslərin AK Partiyaya aid çıxmasını heç kim məsum bir xəta və ya səhv olaraq izah edə bilməz. Hüquqi mübarizəmizi dünən axşama qədər davam etdirdik. Yoxsa AK Partiyanın sandıqdan çıxan nəticəni qəbul etməmək kimi bir dərdi yoxdur, ola bilməz" - Ərdoğan belə deyib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.