• Rus Dili
  • Reklam
    » » Demokratiya və ya böyüklər üçün xalq nağılı - Mahir Abbasın yazısı
    

    Demokratiya və ya böyüklər üçün xalq nağılı - Mahir Abbasın yazısı

    9-05-2019, 14:27
    Oxunub: 80
    Şərhlər: 0
    Çap versiyası
    Demokratiya və ya böyüklər üçün xalq nağılı - Mahir Abbasın yazısıDemokratiya fırıldaqçıların sistemidir.
    Platon

    İnsan sivilizasiyası olaraq mübarək qədəmlərimizi XXI qoymağızla birgə tarixi antik Yunan polislərinə gedib çıxan demokratiya terminini daha tez-tez eşitməyə başladıq. Artıq bu ifadə əvvəlki məsumluğunu itirmiş, insanların arzusunda olduğu ədalətli siyasi sistemdən ziyadə kütləvi qırğın silahına çevrilmişdir. Bəli, bu elə bir silahdır ki, insanlar ondan qaçmaq əvəzinə ona qucaq açır.
    Təsəvvür edək ki, başqa bir planetdən dünyaya nəzər salırıq və yer kürəsindəki siyasi proseslər barədə heç bir məlumatımız yoxdur . Gəldiyimiz qənaətlərin bir qismini aşağıda sadalayaq.
    1. Xalqlar yekdilliklə qərara gəlmişlər ki, ən adil nizam demokratiya, yəni onların idarəetməsidir.
    2. Demokratiyanın yer üzərindəki hamisi və qoruyucusu Amerika Birləşmiş Ştatlarıdır.
    3. Bu işdə ona Avropa yaxından kömək edir.
    4. Afrikalıların aclıq və səfaləti demokratik siyasi sistemə keçid üçün tam şüurlanmadıqlarından qaynaqlanır, ABŞ bununla belə Afrikaya humanitar dəstəyini əsirgəmir.
    5. Bəzi şərq ölkələrindəki xaos və daxili müharibələr həmin ölkələrin vətəndaşlarının diktaturaya qarşı ayağa qalxdığı üçün baş verib, ABŞ isə sülh və demokratiyanı təmin etmək üçün bu xalqları silahlandırır və onları beynəlxalq arenada təmisil edir.

    Gülümsədiyinizi hiss edirəm. Ən qəribəsi isə dünyada yaşamasına və heç bir əqli qüsuru olmamasına baxmayaraq, bu cür fikirləri (nağılları) zehnində həqiqət olaraq qəbul etmiş insanlar var. İndi isə bu barədə obyetktivlik çəkisinin kifayət qədər olduğunu düşündüyüm subyektiv fikirlərimə keçirirəm.
    1. Dünyanın heç bir ölkəsi demokratik şəkildə idarə edilmir. Konkretləşdirsək, dövlətləri nəinki xalq, heç o xalqın çoxluğu belə idarə etmir.
    2. Çoxluğun rəyi yalnız hakim azlığın mənafeyi ilə ayaqlaşanda nəzərə alınır.
    3. Demokratiya şirin yuxudur, hər kəs gerçək olsun istəyər. Beynəlxalq fırıldaqçılarsa Troya atı (bədbəxtlik gətirən hədiyyə) demokratiya olan müharibələr başladar və xalqların şirin yuxusun kabusa çevirər.

    Məqalənin bu hissəsindən sonra demokratiyanı utopiya kimi deyil, nəzəri cəhətdən əlçatan olduğun düşünərək təhlil edəcəyik və bununla da onun təcrübi problemlərini müəyyən etmiş olacağıq.

    Antik Yunan polislərindən olan Afinada "demos", yəni xalq sözün həqiqi mənasında hakimiyyətdə birbaşa iştirak edirdi. Həmin dövrdə bu təcrübi cəhətdən xeyli mümkün idi. Bələ ki, idarəetmənin əsas ünsürü olan xalq yığıncaqlarında yalnız afinalı azad kişilər iştirak edirdi. Bu isə Afina əhalisinin 20 faizindən az adam demək idi. Yığıncaqda istənilən iştirakçı söz istəyə, fikrini bildirə bilərdi. Heç bir xalq nümayəndəsi (azad kişilər) idarəetmədən kənarda qalmırdı. Sizcə bu təcrübəni bugünün çoxmilyonlu dövlətlərində həyata keçirmək mümkündürmü? Milyonlarla insan birbaşa hakimiyyətdə iştirak edə bilərmi? Bu problemi Fransız maarifçilərindən J.J.Russo həll etdi, ya da həll etdiyini zənn etdi. Russo xalqın öz içərisindən seçdiyi təmsilçilərlə hakimiyyəti dolayı olaraq əlində tuta biləcəyini bəyan etmişdi. Ancaq seçilən təmsilçilərin seçildikdən sonra artıq xalqla heç bir əlaqələrinin qalmadığını və daha üstün bir sinifə çevrildiyi həqiqətini unutdu. Ələlxüsus media və propaqanda əsri hesab edilən bir dövrdə, xalqın təmsilçisini necə tanıyacağını, onun gülən üzünün altında nələrin olduğuna necə vaqif olacağı sualının da cavabı tapılmır. Amerikali ictimai xadim Noam Çomski bu problemi bir cümlə ilə ifadə edir, "Amerikada prezidentin seçki kampaniyası, diş məcunu reklamları ilə eyni prinsipi bölüşür. Hansının reklamı güclüdürsə tələb onadır".

    Demokratiya barədə öyünülərək deyilən fikirlərdən biri də, çoxluğa söz haqqı verməsidir. Məncə çoxluğun söz haqqını legitim hesab etmək, çoxluğun həmişə qaragüruhu təmsil etdiyini bilən dairələrə sərf edir. Yuxuda gəzən çoxluğun altında əzilən bəsirətli azlığın iniltisi demokratiya marşlarının sədası ilə eşidilməz olur. Çoxluğun seçdiyi təmsilçilər isə bu marşların drijorudur.

    Demokratiya və ya böyüklər üçün xalq nağılı - Mahir Abbasın yazısı

    Mahir Abbas
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.