• Rus Dili
  • Reklam
    » » Türkiyədə bələdiyyə sistemi (araşdırma)
    

    Türkiyədə bələdiyyə sistemi (araşdırma)

    9-05-2019, 15:22
    Oxunub: 221
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyədə bələdiyyə sistemi (araşdırma)
    Türkiyədə bələdiyyə sistemi

    Türkiyədə hal-hazırda Fransadan örnək alınmış bir bələdiyyə sistemi var. Türkiyədə bələdiyyə sisteminin tarixi nə az nə çox 150 ildən çoxdur. İlk öncə şəhər idarə üsulunu Osmanlı İmperiyası sınaqdan keçirdi. Türkiyə Cumhuriyyəti qurulduqdan sonra bələdiyyə idarə üsulu Osmanlıdan miras olaraq alındı və bu günki günədək şəhər idarə yönətimində əvəzsiz xidmətləri öz əhatəsində cəmləşdirir.

    Bələdiyyə Sisteminin Tarixi (Qısa)

    16 Avqust 1854-cü il tarixində Osmanlının paytaxtı İstanbulda o zamankı bələdiyyə sistemi olan “Şehremaneti”qurulmuşdur. Şəhrəmanəti nizamnaməsinə görə vəzifələri aşağıdakılardı;
    1. Məcburi ehtiyac maddələrinin təmin etmək və sadələşdirmək
    2. Qiymətləri təyin etmək və nəzarətdə saxlamaq
    3. Şəhərin təmizliyinin qorunması
    4. Küçə ticarətində və bazarlarda gündəlik yoxlama işlərinin aparılması
    5. Vergilərin toplanması və s...

    O zamanlar bələdiyyələr indiki kimi xalq tərəfindən seçilmirdi, mərkəzi hökümət tərəfindən təyin olunurdu. Bələdiyyələrə kömək etmək məqsədi ilə bələdiyyələrin tərkibində “Bələdiyyə Məclisi” yaradılmışdır. 1855-ci il 9 May tarixində ilk dəfə olaraq Avropa tərzndə (Fransız üsulu) (İntizam-ı Şehir Komisyonu) bir bələdiyyənin qurulması üçün komissiya təyin olunur. Komissiya öz təkliflərini Osmanlı Sultanına qəbul etdirir və 1857-ci il tarixində komissiyanın təklifləri qüvvəyə minir. Hökümət komissiyanın təkliflərini dəyərləndirərək İstanbulu 14 bölgəyə (rayonlara) ayırmış, Altıncı Dairə Bələdiyyə Bəyoğlu və Qalata rayonlarında 10 il müddətinə təcrübə edilən bələdiyyə tətbiqi (Dersaadet İstanbul ve Biladı Selase’ye) 3 rayon Üsküdar, Qalata və Eyyub.Yayılması məqsədi ilə 1868-ci il tarixində çıxarılan “Dersaadet İdare-ı Belediye Nizamnamesi”. İstanbul 14 bələdiyyə rayonlarına ayrılmışdır. Yeni təyin olunan bələdiyyələrin Altıncı bölgə (rayon) bələdiyyənin əksinə Şehremanetinin bir şöbəsi şəkilində təşkilatlanmaları nəzərdə tutulmuşdur. Ancaq qurulması nəzərdə tutulan bu 14 bələdiyyədən sadəcə dördü Adalar, Yenikənt Tarabya və Bəykoz qurulmuşdur. İstanbuldan başqa bələdiyyələrin qurulması üçün ilk dəfə olaraq 1864-cü ildə digər şəhərlərdə “Vilayet Nizamnamesi” qanunu ilə təşkilatlanma başlamışdır. Bu qanun ilə Tuna Vilayəti şəhərləri (indiki Balkan şəhərləri) Bağdad və digər bəzi ticarəti üstün olan şəhərlərdə qurulmuşdur. Digər şəhərlərdə faktiki olaraq inkişaflar 1871-ci ildə imzalanan “İdare Ümumiye-ı Vilayet Nizamnamesi” ilə reallaşmışdır.

    Bələdiyyələrin yaradılmasına bağlı İstanbul, daha sonra digər şəhərlər əldə edilən təcrübələr, çağdaş bələdiyyə təşkilatlarının bütün məskunlaşma yerlərində qurulması və inkişaf etdirilməsi üçün addımlar sürətləndirilmiş, bu çərçivədə 1877-ci ildə “Dersaadet Belediye Kanunu ve Vilayet Belediye Kanunu” iki mühüm hüquqi tənzimləmə etmişdir.

    Müstəqillik qazandıqdan sonra Türkiyədə qəbul edilən bələdiyyə qanunları;
    1924 tarixli 417 saylı (Ankara Şehremaneti) qanunu
    1924 tarixli 423 saylı Bələdiyyə Vergi və formaları qanunu
    1924 tarixli 486 saylı Bələdiyyələrin cərimələri adlı qanunu
    1930-cu ildə çıxarılan 1580 saylı Bələdiyyə qanunu
    1933 tarixli 2290 saylı Bələdiyyələr Bina və Yollar qanunu
    1961-ci il Konstitusiyasının 55-ci maddəsin yerli idarə etmə (şəhər,rayon və kənddə) yaşayan əhalinin müştərək ehtiyaçlarını tənzimləyən qanunu
    1981-ci ildə çıxarılan 2380 saylı Bələdiyyələr və Xüsusi Şəhər Rəhbərliyi ümumi bütçə vergi gəlirlərindən şəhərlərin inkişafı üçün ayrılması nəzərdə tutulan qanun.

    Bu və ya buna bənzər qanunlar çxarılmış,bu qanunlar şəhərlərin,rayonların,qəsəbə və kəntlərin inkişafında atılan addımlarda mühüm rol oynamışdır.

    Türkiyədə sonuncu dəfə 31 mart 2019 tarixində keçirilən bələdiyyə seçkiləri

    Türkiyədə hər beş ildən bir bələdiyyə seçkiləri keçirilir. Bu seçkilərdə xalqın səs vermə faiz dərəcələri çoz yüksək qiymətləndirilir.
    Cumhur İttifaqı (AKP-MHP Partiyaları) 100/52
    Millət İttifaqı (CHP-İYİ Partiyaları) 100/38
    İttifaqlarda təmsil olunmayan PKK-nın siyasi qanadı
    olan HDP 100/5 səs toplaya bilmişdi.

    Türkiyədə bələdiyyə sistemi (araşdırma)


    Qeyd: Azərbaycanda Bələdiyyə Sistemi

    Azərbaycanda 1999-cu ildə keçirilən Referandum seçkiləri Bələdiyyə sisteminə keçid etmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa 2009, 2011 və 2014-cü illərdə də Azərbaycanda bələdiyyə seçkiləri keçirilmişdir. Azərbaycanın Türkiyə kimi bələdiyyə idarə etmə sisteminin keçmişi olmasa da bu yolda addımlamağa başlamışdır. Hər bir sektorda problemlər olduğu üçün bu sektorda da problemlər göz qabağındadır. Ən böyük problemlərdən biri Prezident tərəfindən təyin olunan şəhər və rayon icra hakimiyyətlərinin birbaşa və dolayı yollarla bələdiyyələrin işlərinə müdaxilə etməsidir. Bu halların baş verdiyi təqdirdə isə şəhər və rayonların idarə edilməsində şəffaflıqdan danışmaq belə mümkün deyil. HökUmət təcili olaraq şəhər və rayonların idarə olunmasında radikal islahatlara başlamalıdır. ŞəffaFlıq istəyirsə təxirəsalınmaz tədbirlər kimi bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir, əks təqdirdə isə hərzamankı kimi icra hakimiyyətləri bələdiyyələrin işlərinə müdaxilə etməkdə davam edəcək.


    Şahmar Mahmudov
    AĞ Partiyanın üzvü. Süleyman Demirel Univerisiteti, Siyaset Bilimi Kamu Yönetimi (Dövlət İdarəçiliyi bölümü) Isparta SDÜ Azerbaycan tələbələri təmsilçisi, SDÜ Tələbə Məclisinin üzvüскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.