• Rus Dili
  • Reklam
    » » İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)
    

    İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)

    9-05-2019, 16:45
    Oxunub: 154
    Şərhlər: 0
    Çap versiyası
    İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)
    Bildiyiniz kimi Türkiyə Ali Seçki Qurumu (ASQ) İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığına 31 martda keçirilən seçkinin nəticəsinin ləğvi barədə qərar qəbul edib. ASQ ləğv edilmə səbəbləri barədə əsaslı qərarını video izahla ictimaiyyətə təqdim edib.

    Agxeber.com Türkiyə Ali Seçki Qurumuna istinadən xəbər verir ki, Ali Seçki Qurumu Ədalət və İnkişaf Partiyasının (AKP) şikayətini qəbul edib. ASQ üzvlərinin beş saat davam edən müzakirələri nəticəsində səsvermə keçirilib və 4 əlehinə, 7 lehinə olmaqla seçkilərin təkrar keçrilməsi haqqında qərar verilib.
    Bununla da 23 iyun 2019-cu ildə, İstanbulda Böyükşəhər bələdiyyəsi başqanlığı seçkisi təkrar keçiriləcək.

    Əvvəllər də Türkiyənin şəhərlərində bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilib təkrar seçkilərin keçrilməsinə rast gəlinib.

    İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilmiş seçkilərin nəticəsinin ləğv olunmasının səbəbləri barədə Ali Seçki Qurumu qanuna istinadən qəbul etdiyi qərarın bütün detallarıyla açıqlamasını, izahını verib. Daha ətraflı həmin həmin video təqdimatı sizə təqdim edirik:




    Ali Seçki Qurumunun qərarına görə aşağıdakı hallara əsasən seçkilər təkrarlanacaq:

    1. İstanbul seçkilərində nələr baş verib?

    A) Komissiya sədrliyi seçkisində edilən qanunsuzluqlar:
    Seçki qanununa görə Seçki komissiyası sədrləri (sandık başkanları) və seçki komissiyasının ən azı bir üzvünün dövlət məmuru (kamu görevlisi) olması şərtdir. İstanbulda 31 min 280 seçki qutusu var, deməli 31 min 280 nəfər seçki komissiyasının sədri dövlət məmuru olmalı idi. Amma Ali Seçki Qurumunun araşdırmaları nəticəsində ortaya çıxıb ki, 6664 nəfərin komissiya sədri və 13098 nəfərin də komissiya üzvü olması (cəmi 19742 nəfər) qanunla qadağandır, çünki həmin şəxslərin dövlət məmuru olmadığı məlum olub. Həmin şəxslər müxtəlif işlərdə-hərbi vəzifələrdə, bələdiyyələrin şirkətlərində, CHP-yə aid İş Bankında və digər yerlərdə çalışanlar və işsizlər olub.

    B) Bülleten siyahıya alma cədvəllərində baş verən qanunsuzluqlar;
    Ali Seçki Qurumu ortaya çıxarıb ki, Siyahıya alma cədvəllərininin 5388 ədədi möhürsüz, 694 ədədi imzasız, 214 ədədi boş, 498 ədədi əskik, 919 ədədində rəqəm göstərilməmişdir, 1135 ədədində say əskikliyi ortaya çıxarılmışdır.

    2. Ali Seçki Qurumunun (YSK) İstanbul seçkisinin təkrarlanması qərarının səbəbləri

    Qanuna zidd olaraq komissiya sədri və komissiyanın "məmur" üzvü təyin edilən həmin şəxslərin olduğu seçki məntəqələrindəki 22 seçki qutusunda, Bülletenləri Siyahıya alma Cədvəlinin olmadığı məlum olub və bu 22 qutunun seçki nəticlərinin ASQ (YSK) sisteminə boş olaraq qeyd edildiyi üzə çıxarmışdır.
    Yenə qanuna zidd olaraq komissiya sədri və komissiyanın məmur üzvü təyin edilən şəxslərin olduğu seçki məntəqlərindəki 101 seçki qutusundakı Bülletenləri Siyahıya alma Cədvəlinin imzasız, möhürsüz və yazıları əskik olaraq ASQ sisteminə (qanunla olmaz) qeyd edildiyi üzə çıxmışdır.

    İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)
    Nümunə: Bülletenlərdən çıxan nəticələrin qeyd edildiyi cədvəl (Sayım Döküm cedveli)


    Qanundakı hər iki pozuntunun əhatə etdiyi seçki qutuları saylarının cəmi 123-dür, bu qutulardakı bülleten sayı isə 42.000 seçki bülletenidir. Yəni, 123 seçki qutusunda hər iki qanun pozuntusu baş vermişdir.

    Hər iki qanunsuzluğun bir yerdə baş verdiyi 123 seçki qutusunda təxmini 42 min seçki bülleteninin araşdırılmasının, yoxlanılmasının, nəzarətinin mümkün olmayacağından dolayı, ASQ (YSK) 42 min seçki bülleteninin şübhəli hala gəldiyinə hökm etmişdir.

    Bilindiyi kimi, iki namizəd arasındakı səs fərqi 13.729-dur. Yoxlanılması və nəzarəti mümkün olmayan 42.000 şübhəli bülleten olduğu üçün ASQ 42 min şübhəli bülletenin İstanbul Bələdiyyəsi seçkisinin nəticəsinə birbaşa təsir etdiyi barədə hökm çıxarmış və seçkinin təkrar keçrilməsinə qərar vermişdir.

    3. Bir zərfdə 4 bülleten var. Nə üçün 1-i ləğv edildi, amma 3-ü edilmədi? Yəni nə üçün rayon bələdiyyələrinin, bələdiyyə məclisinin və muxtarlıq seçkilərinin nəticələri ləğv edilmədi?

    ASQ qanuna görə sadəcə etiraz edilən mövzuları gündəminə alır. AKP-nin şikayət etdiyi məqamlar İstanbul Böyükşəhər bələdiyyəsi və Böyükçəkməcə rayonundakı bələdiyyə seçkisidir.
    MHP-nin etiraz etdiyi məqam Maltəpə rayon bələdiyyə seçkisidir.

    Dolayısı ilə ASQ-nin araşdıracağı və haqqında qərar verəcəyi seçkilər bu 3 seçkidir.

    İstanbulun digər rayon bələdiyyələri və ya muxtarlıqları haqqında etiraz olmadığı üçün ASQ-nin bu mövzuda bir araşdırması qanuni olaraq gündəmə olmayıb.

    ASQ-nin qərar vermə prosesində həlledici olan ən önəmli məqam qanuna zidd olan"2 pozuntunun bir arada baş verdiyi" seçki qutularıdır.

    Maltəpə rayonunda 1 seçki qutusu, Böyükçəkməcə rayonunda da bu şəkildə bir seçki qutusu üzə çıxmamışdır. Bundan dolayı Maltəpə və Böyükçəkməzə rayonlarındakı bələdiyyə seçkiləri təkrarlanmadı. Yəni, Ali Seçki Qurumu AKP-nin və MHP-nin Böyükçəkməcə və Maltəpə rayonunda seçkilər təkrarlansın şikayətini qəbul etmədi, yalnız AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə təkrar seçki şikayətini qəbul etdi.

    Qeyd: Bu pozuntuların olması həm də onunla dəqiqləşir ki, seçki bitəndə artıq iki namizəd arasındakı fərq 29.405 idi. Seçki bitəndən sonra AKP-nin etirazına əsasən 10 faizi seçki qutusunda yenidən sayım baş verdi. CHP-nin etirazları səbəbilə bütün seçki qutuları yenidən sayıla bilmədi. Amma 10 faiz qutuda yenidən sayımdan sonra iki namizəd arasındakı səs fərqi 13.729-a endi. Bu fərqi rəqib namizəd və partiyası da qəbul etdi. Bu fərq necə azaldı? Hansı pozuntulardan söhbət gedir?
    Nümunə kimi hələ 1 seçki qutusuna aid olan sənədin fotosunu göstəririk. Arnavutköy Yavuz Selim məhəlləsi 1487 nömrəli seçki qutusunda Binalı Yıldırım 182 səs alsa da, Yüksək Seçki Qurumuna göndərilən sənəddə B.Yıldırıma 1 səs yazılmış, onun 182 səsi Əkrəm İmamoğluna yazılmışdır və beləcə də ümumi nətəcələrə əlavə edilmişdi. AKP-nin etirazından sonra 10 faizi yenidən sayılan seçki qutularında bu pozuntular üzə çıxdı və Binali Yıldırıma əlavə olaraq 15.676 səs əlavə edildi. Bu tip pozuntuları da ancaq seçki komissiyası sədri və ya üzvləri edə bilər.

    İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)


    İstanbulda təkrar seçkinin səbəbləri - bütün detallarıyla (VİDEO)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.