• Rus Dili
  • Reklam
    » » PKK terror təşkilatından İmamoğluna açıq dəstək gəldi : "23 iyunda tərəfdarlarımız AKP-MHP faşizminə qarşı İmamoğluya səs verəcəklər" (Video)
    

    PKK terror təşkilatından İmamoğluna açıq dəstək gəldi : "23 iyunda tərəfdarlarımız AKP-MHP faşizminə qarşı İmamoğluya səs verəcəklər" (Video)

    12-05-2019, 19:13
    Oxunub: 91
    Şərhlər: 0
    Çap versiyası
    PKK terror təşkilatından İmamoğluna açıq dəstək gəldi : "23 iyunda tərəfdarlarımız AKP-MHP faşizminə qarşı İmamoğluya səs verəcəklər" (Video)YSK-nın İstanbul bələdiyyə sədri seçkisini ləğv etməsindən sonra Türkiyə düşmənlərindən açıqlamalar gəlməkdə davam edir.

    Avropa.info xəbər verir ki, 31 mart seçkisində HDP-nin dəstəyini almaq üçün “Dəmirtaşın siyasi xəttini bəyənirəm” deyən Əkrəm İmamoğluya PKK terror təşkilatının əsas qərərgahı olan Qəndildən daha bir açıq dəstək gəlib.

    PKK terror təşkilatından İmamoğluna açıq dəstək gəldi : "23 iyunda tərəfdarlarımız AKP-MHP faşizminə qarşı İmamoğluya səs verəcəklər" (Video)


    PKK terror təşkilatının liderlərindən olan Bese Hozat “23 iyunda İstanbulda kürdlər faşist AK Partiya MHP blokuna qarşı kim çıxacaqsa, bu İmamoğludursa İmamoğluya dəstək verəcək”, deyib.

    Cəmil Bayıkla birgə KCK-nın həmsədri olan PKK-lı Bese Hozat Kürdüstan Azadlıq Şahinlərinin də qurucularından biridir.

    Terrorçu Hozat Türkiyənin 46 şəhid verdiyi Beşiktaş Vodafon stadionunun və 36 şəhidin olduğu Güvən Park terror aktını planlayan şəxslərdən biridir.

    Qeyd edək ki, 2016-cı ilin 11 dekabrında İstanbulda Vodafon Arena stadionu yaxınlığında baş verən iki partlayışda əksəriyyət təhlükəsizlik əməkdaşı olmaqla 43 Türkiyə vətəndaşı ölmüşdü.

    Bu terrorçular 2016-cı ilin 13 martında Ankara Güvənparkda ortaya çıxmış, avtobus dayanacağına yaxın yerdə baş verən partlayışda 36 nəfər ölmüşdü.

    Bundan öncə də PKK terror təşkilatı rəhbərlərindən Duran Kalkan da deyib ki, "CHP-dən seçilmiş insanlar doğru dayanmalıdırlar, diqqətli dayanmalıdırlar. Əkrəm İmamoğlu hər kəsi qucaqlayacağını dedi, yaxşıdır. Amma səs verənləri unutmamalıdır, elə tərs şeylərə girməməlidir. Girərsə toplum özünə necə güvəndisə onu təkrar geri almasını da bilir.



    31 mart seçkisindən öncə də PKK terror təşkilatının liderlərindən olan Murat Karayılan da seçkidə Millət İttifaqına açıq dəstək vermişdi.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.