• Rus Dili
  • Reklam
    » » Qarabağ qaziləri Ərdoğanla görüşdü – Foto
    

    Qarabağ qaziləri Ərdoğanla görüşdü – Foto

    20-05-2019, 14:17
    Oxunub: 79
    Şərhlər: 0
    Çap versiyası
    [img=left]https://avropa.info/ckfinder/userfiles/files/erdogan-qaziler[1].jpg[/img]Türkiyədə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün 1919-cu il, 19 mayda Samsuna çıxışının 100 illiyi ilə bağlı yüksək səviyyədə tədbir keçirilib.

    Musavat.com xəbər verir ki, tədbirə Azərbaycan qaziləri də dəvət olunublar. Gənclər və İdman Nazirliyinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, ”Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərimiz Türkiyədə keçirilən mərasimdə iştirak ediblər.

    Qazilərimiz səfər çərçivəsində bayram mərasimlərinə də qatılıblar, Samsun valisinə Azərbaycan bayrağı hədiyyə edilib. Qazilərimiz Bakının azad edilməsində Türk ordusunun önəmli rolundan, Çanaqqala savaşında azərbaycanlıların döyüşməsindən, İstiqlal savaşına azərbaycanlıların dəstəyindən, o cümlədən bugünkü Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında danışıblar.

    Tədbirin sonunda Azərbaycandan gedən nümayəndə heyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ərdoğan Azərbaycanın qardaş ölkə olduğunu, qazilərimizin haqq uğrunda döyüşdüyünü qeyd edib. Nümayəndə heyətnin rəhbəri Emin Həsənli isə öz çıxışında bu iki ölkənin bir millət iki dövlət olduğunu xatırladıb.

    Sonra qazilərimiz tərəfindən “Vətən naminə” medalı, 1918-ci ildə Türk ordusunun Bakıya gəliş tablosu Ərdoğana təqdim edilib.

    Türkiyə dövlət başçısı Azərbaycanı xalqına təşəkkürünü bildirib və prezident İlham Əliyevin xidmətlərindən, region üçün gördüyü işlərdən danışıb.

    Qarabağ qaziləri Ərdoğanla görüşdü – Fotoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.