• Rus Dili
  • Reklam
    » » Bakıda 7 və 9 mərtəbəli köhnə binalar söküləcək
    

    Bakıda 7 və 9 mərtəbəli köhnə binalar söküləcək

    18-02-2016, 22:38
    Oxunub: 718
    Şərhlər: 0
    Çap versiyası
    Bakıda 7 və 9 mərtəbəli köhnə binalar söküləcək



















    Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”.
    Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

    Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə . Nazir tikinti şirkətlərini bu layihədə iştirak etməyə çağırıb.


    Bakıda 7 və 9 mərtəbəli köhnə binalar söküləcək

















    Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. Onların problemlərinin aradan qaldırılması üçün tədbirlər görüləcək.
    “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.

    Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan öncə icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu. Lakin prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb və sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək.

    anspressскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.