• Rus Dili
  • Reklam
    » » Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR
    

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR

    21-06-2019, 00:42
    Oxunub: 62
    Şərhlər: 0
    Çap versiyası
    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLARTiflisdə etirazçılar Rustaveli küçəsini bağlayıblar.

    APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament sədrinin və daxili işlər nazirinin istefası tələbi ilə parlamentin önünə toplaşan nümayişçilər paytaxtın əsas yollarından olan Rustaveli küçəsini bağlayıblar. Hüquq-mühafizə xidmətinin əməkdaşları yolun bağlanmasına əvvəlcə icazə verməsələr də, sonradan nümayişçilər buna nail ola biliblər.

    "Girçi" partiyası da artıq nümayişlərə qoşulduğunu bəyan edib. Partiyanın lideri Zurab Caparidze bildirib ki, onlar həm hökümətə, həm də patriarxlığa etiraz edirlər.

    "Anlamalısınız ki, bu günkü vəziyyətin əsas səbəbkarlarından biri Gürcüstan patriarxlığıdır. Mən gəlmişəm göstərəm ki, patriarxlıq Rusiyanın bu ölkədəki əsas güclərindən biridir", - deyə Z.Cparidze bildirib.

    Tiflis Dövlət Universutetinin və İlia Dövlət Universitetinin tələbələri də nümayişə qoşulacaqlarını bəyan ediblər.

    "Vahid Milli Hərəkat" partiyasının sədri Qriqol Vaşadze isə hökümətə parlamentin sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Georgi Qaxariyanın və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası üçün bir saat vaxt verdiyini bəyan edib.

    Tiflis ilə bərabər Gürcüstanın Poti, Batumi və bir sıra digər rayonlarında da etiraz aksiyaları keçirilib.

    Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tiflisdə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.

    S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.

    ***

    Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

    “Report”un yerli bürosu xəbər verir ki, nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

    G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur:

    “Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.

    ***

    Gürcüstanda minlərlə vətəndaş parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

    Onlar Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb edirlər.

    Aksiyada iştirak edən ictimai fəallar və müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin istefasını tələb edirlər.

    Həmçinin daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefası tələb olunur.

    Tbilisidə etiraz aksiyasında iştirakçılar və polis arasında fiziki qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində həm polis, həm vətəndaşlar tərəfdən xəsarət alanların olduğu bildirilir.

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub - FOTOLAR
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.