• Rus Dili
  • Reklam
    » » Ziyafət Tovuzlunun şerlərindən: Səni unutmaq üçün
    

    Ziyafət Tovuzlunun şerlərindən: Səni unutmaq üçün

    30-06-2019, 20:04
    Oxunub: 143
    Şərhlər: 0
    Çap versiyası
    Ziyafət Tovuzlunun şerlərindən: Səni unutmaq üçün









    SƏNİ UNUTMAQ ÜÇÜN.
    Səni unutmaq üçün
    Ağrılarımı qucaqladım.
    Səssiz gecələrin,səssiz səsi oldum.
    Amma ümidimi kəsə bilmədim
    Bəlkə dönərsən deyə.

    Səni unutmaq üçün
    Qapı pəncərəni bağlı saxladım.
    Xəyalın,
    Xatirən,qonaq gəlməsin deyə.
    Ağzıma dəsmal tutub ağladım...
    Hönkürtüm ətrafdan utanmasın deyə...

    Səni unutmaq üçün
    Yalandan gülmək öyrəndim.
    Adını da,
    Daş üstə bitən,qırmızı çiçək qoydum.
    Bilirdim ki,daş göyərməz.

    Səni unutmaq üçün
    Ayaqyalın gəzirdim ki,ayağıma tikan batsın.
    Ürəyimdən axan qan...
    Ayağımdan axsın.

    Səni unutmaq üçün.
    Gecə gündüz yatmağa çalışdım.
    Amma bacarmadım...
    Yandım həsrətinə..
    Yandım..
    Alışdım...
    Artıq mənası yox.
    Mənası yoox..
    Özüm-öz halıma alışdım.

    Ziyafət Tovuzlu.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.