• Rus Dili
  • Reklam
    » » Elmar Məmmədyarov Peruda Qarabağdan danışdı
    

    Elmar Məmmədyarov Peruda Qarabağdan danışdı

    6-07-2019, 12:55
    Oxunub: 47
    Şərhlər: 0
    Çap versiyası
    Elmar Məmmədyarov Peruda Qarabağdan danışdıXarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edib.

    SOA-nın Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən XİN rəhbəri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.

    Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Nazir, ölkəmizin enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

    Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən ölkəmizin eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

    Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir. Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.

    Qafqazinfoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.