Ərdoğan: “Hazırda “S-400” lərin Rusiyadan Türkiyəyə nəqli ilə bağlı hazırlıq davam edir”![]() APA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan “S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib: “Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdirilək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn “S-400”lər Türkiyədə yerləşdiriləcək”. Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir.
<
Məqalənin reytinqi:
|
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.