• Rus Dili
  • Reklam
    » » Bu gün Milli Məclis toplanır - gündəlikdə 38 məsələ var
    

    Bu gün Milli Məclis toplanır - gündəlikdə 38 məsələ var

    9-07-2019, 11:41
    Oxunub: 108
    Şərhlər: 0
    Çap versiyası
    Bu gün Milli Məclis toplanır - gündəlikdə 38 məsələ varİyunun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 38 məsələ daxil edilib. Bununla bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi.

    Xidmət rəhbərinin sözlərinə görə, iclasın gedişində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında”, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarına dəyişiklik edilməsi, “Konstitusiya qanunları” layihəsi haqqında məsələlərə baxılacaq. Eyni zamanda, İnzibati Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, Cinayət Prosessual Məcəlləsi, Cinayət Məcəlləsi haqqında qanunlara dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

    A.Təvəkküloğlu əlavə etdi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik edilməsi məsələləri iclasda üçüncü oxunuşda müzakirə olunacaq. Eyni zamanda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik edilməsi, “Vergi Məcəlləsi haqqında” qanuna dəyişiklik edilməsi məsələsinin də üçüncü oxunuşda müzakirə edilməsi nəzərdə tutulur.

    Bu gün Milli Məclis toplanır - gündəlikdə 38 məsələ var


    Xidmət rəhbəri qeyd etdi ki, bunlar yalnız 9 iyul iclasına daxil olan məsələlərdir. Parlamentin növbədənkənar sessiyasının sonuncu iclası iyulun 12-də keçiriləcək və deputatlar tətilə yollanacaqlar.

    Xatırladaq ki, ötən həftə mediada növbədənkənar iclasın çağırılacağı və parlamentin buraxılacağı barədə xəbər yayılmışdı. Lakin Milli Məclisin mətbuat xidməti bu xəbəri təkzib edərək heç bir əsasının olmadığını bildirmişdi.

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.