• Rus Dili
  • Reklam
    » » Türk milləti 15 iyul - Demokratiya və Milli Birlik Gününü belə qeyd edəcək
    

    Türk milləti 15 iyul - Demokratiya və Milli Birlik Gününü belə qeyd edəcək

    15-07-2019, 18:10
    Oxunub: 32
    Şərhlər: 0
    Çap versiyası
    Türk milləti 15 iyul - Demokratiya və Milli Birlik Gününü belə qeyd edəcəkTürk millətinin tank və təyyarələrin qarşısına əliyalın çıxaraq çevriliş cəhdinin qarşısını aldığı 15 iyul günü Türkiyədə Demokratiya və Milli Birlik Günü elan edilib.

    Avropa.info xəbər verir ki, 15 iyul günü münasibətilə Türkiyə üzrə xüsusi tədbirlər təşkil olunacaq, Ankara və İstanbulda hər yerə dövlət bayraqları asılacaq. İctimai nəqliyyat İstanbul və Ankarada gün ərzində pulsuz olacaq.

    Türk millərinin azadlıq və həmrəylik günündə milyonlarla adam bayraqlar və dualarla tədbirlərdə iştirak edəcək. Ankara və İstanbuldakı tədbirlərdə prezident Ərdoğan da iştirak edəcək.

    Ankarada ilk tədbir Prezident Aparatında olacaq. Ərdoğan burada 15 iyul Şəhidlər Abidəsinin qarşısında keçirilən tədbirdə Ankara sakinlərinə müraciət edəcək. Sonra Millət məscidində və Qazi Məclisdəki tədbirdə iştirak edəcək. Yenidən inşa edilən Ankara Polis İdarəsinin binasının açılışını edəcək.

    Ərdoğan bundan sonra İstanbula gedəcək. İstanbulda hər il 15 iyul Şəhidlər Körpüsündə keçirilən tədbir bu il müqavimətin mərkəzlərindən bir olan Atatürk hava limanında keçiriləcək.

    Türkiyə saatı ilə 20:00-da keçiriləcək mitinqdə isə kütlə qarşısında çıxış edəcək. 15 iyul Şəhidlər Körpüsündə qrulan “Yaddaş 15 iyul muzeyi”nin açılışını edəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.