• Rus Dili
  • Reklam
    » » Rusiyada müvəqqəti saxlanma mərkəzində 55 yaşlı azərbaycanlının meyiti aşkarlandı
    

    Rusiyada müvəqqəti saxlanma mərkəzində 55 yaşlı azərbaycanlının meyiti aşkarlandı

    15-07-2019, 18:55
    Oxunub: 25
    Şərhlər: 0
    Çap versiyası
    Rusiyada müvəqqəti saxlanma mərkəzində 55 yaşlı azərbaycanlının meyiti aşkarlandıTatarıstanın Naberejnıye Çelnı şəhərindəki əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində 55 yaşlı kişinin meyiti aşkarlanıb.

    Virtualaz.org “KazanFirst” portalına istinadən xəbər verir ki, hadisə iyulun 13-də baş verib.

    Tatarıstan polisinin istintaq şöbəsinin rəhbəri İldar Şakirovun sözlərinə görə, ölənin Azərbaycan vətəndaşı olması məlum olub. Bildirilir ki, ölümündən əvvəl o, qarın nahiyəsində ağrılardan şikayət edib. Azərbaycanlının ölümünün əsl səbəbi təyin edilmiş məhkəmə-tibbi ekspertizanın nəticələri əldə olunandan sonra bilinəcək. Hazırda faktla bağlı araşdırma aparılır.

    Mənbə qeyd edir ki, 55 yaşlı kişi mərkəzdə miqrasiya qanunvericiliyini pozduğuna görə saxlanılırmış. Yaxın günlərdə o, Azərbaycana deportasiya olunmalı idi.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.