• Rus Dili
  • Reklam
    » » Kommunizmdən canını qurtaran Azərbaycan indi də liberalizm müstəmləkəçiliyinə sövq edilir
    

    Kommunizmdən canını qurtaran Azərbaycan indi də liberalizm müstəmləkəçiliyinə sövq edilir

    22-07-2019, 19:10
    Oxunub: 229
    Şərhlər: 0
    Çap versiyası
    Kommunizmdən canını qurtaran Azərbaycan indi də liberalizm müstəmləkəçiliyinə sövq edilir
    Artıq bəzi ölkələrdə 'gey'lər üçün işıqforlarda xüsusi rəng də qoyulub. Üzdəniraqlar işıqfordan məhz bu işığın rəngi yananda keçəcəklər. Niyə onlar üçün xüsusi rəng seçiblər? Çünki, "əlahəzrətlər" naturallarla yəni normal insanlarla eyni işıqfor rəngində keçmək istəmirlər. Yəqin sabah da transsvistitlər, transqenderlər, lesbiyanlar və s... üçün də işıqforlarda ayrı rəng seçərlər.
    Və bütün bu cür qərarların, yanaşmaların, "qayda-qanunların" adını tolerantlıq qoyublar. Müqəddəs İslam dinimizdə də deyilir İblis günahları qəşəng adlarla bəzəməyi sevir.
    Roma İmperiyasını nə Hun imperiyası, nə Karfaqen, nə german tayfaları dağıltdılar. Romanı romalılar özləri əxlaqsızlıqları, mənəviyyatsızlıqları ilə məhv etdilər. O dövrdə də Roma İmperiyası özünü dünya sivilizasiyasının mərkəzi sayırdı. Müasir Avropa, sələfi Romanın yolu ilə gedir. İndi də sivilizasiya Avropa sayılır. Tarix isə təkrarlanır...
    Ötən əsrin üç ən böyük ideoloji bəlası nasizm, kommunizm və liberalizm oldu.
    İki dünya savaşının məhz 20-ci əsrdə olması təsadüfi deyildir.
    Faşizim və kommunizmdən də daha təhlükəli ideoloji virus liberalizmdir. Çünki liberalizm içdən alıb dağıdır. Liberalizmin arxasıda para, siyasi-iqtisadi güc tərəfindən daha qeniş arealı əhatə edir. Liberalizmin hədəfi mənən insan quruluşudur. Mənən, əqlən insanı tolerantlıq, sivilizasiya, müasirlik adı ilə kodlaşdırıb zombiləşdirən liberalizm xalqları, dövlətləri öz köləsinə, qurbanına çevirir.
    Liberalizim 19-cu əsrdən başlayan müstəmləkə imperializminin daha yeni, təhlükəli formasıdır.
    Kommunizm müstəmləkəçiliyindən canını qurtaran Azərbaycan indi də liberalizm müstəmləkəçiliyinə sövq edilir, aparılır.
    Ötən əsrin əvvəllərində rus kommunizmi, bu əsrin əvvəllərində də Qərb liberalizmi əqidəsiz siyasətçiləri, partiyaları, gənclər hərəkatlarını, vətəndaş cəmiyyətlərini, pulla alınan bu vətən xainlərini maşa kimi istifadə edir.
    Ötən əsrin əvvəllərində kommunistlər "bərabərlik" şüarları ilə insanlığın başını aldadırdılarsa, bu əsrin əvvəlində liberallar "müasirlik", "inkişaf", "təhsil" şüarları altında Azərbaycan üzərində eksprementlərə başlayıblar. Kommunizimlə liberalizmin əsas ortaq cəhətlərindən biri də ateizimdir. Əsrlərdir bir xalq kimi bizi biz edən milli-mənəvi dəyərlərə müharibə elan etmələridir.
    Yer kürəsi, canlılar, xalqlar yaradılandan biz türklərin, talışların, ləzgilərin, kürdlərin, avarların, saxurların, əsrlərdir Azərbaycanımızda yaşayan bütün xalqların başının üstündə ALLAHı olub. Ötən əsrdə kommunistlər, bu əsrdə də liberalların əsas məqsədi biz azərbaycanlıların başının üstündən ALLAHı 'almaqdır', ağlından ALLAHı unutdurmaqdır. Əbəs yerə uğraşırlar. Bu torpaqlarda liberalizm, kommunizmdən də betər taleyə məruz qalacaqdır.

    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədliскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.