• Rus Dili
  • Reklam
    » » Ateizmin əxlaqı yoxdur - Mahir Abbasın yazısı
    

    Ateizmin əxlaqı yoxdur - Mahir Abbasın yazısı

    24-07-2019, 18:59
    Oxunub: 241
    Şərhlər: 0
    Çap versiyası
    Ateizmin əxlaqı yoxdur - Mahir Abbasın yazısı
    Ateizmin əxlaqı yoxdur

    Əxlaq normaları cəmiyyətin qeyri-maddi xarakterinin təzahür formalarından biridir. Ateizm isə rasional düşüncədən kənara çıxmayan, maddiyyata (materiyaya) söykənən həyata baxış tərzidir. Bu cümlə kifayətdir ki, ateizmin əxlaqla bağlılığı olmadığı aydın olsun. Ancaq davam edək.
    Minillərin aşılmaz sərhəddi və tabusu olan birinci dərəcəli ailə üzvləri(qardaş-bacı, ana-oğul, ata-qız) arasında nikaha və ya sadəcə cinsi yaxınlığa (insestə) münasibəti misal götürsək, məncə çox şey anlamış olarıq.

    Bir ateist heç bir həyati hadisəyə əxlaqlı və ya əxlaqsız qiyməti verə bilməz. Praqmatik dünya görüşünü mənimsəyən ateizm, nəsnələri xeyir verən, xeyir verməyən, mənfəət gətirən, mənfəət gətirməyən və s. olaraq siniflərə ayırır.

    Hər hansısa hal və ya hadisənin əxlaqi və ya qeyri-əxlaqi olduğunu ateist elmi yolla sübut edə bilərmi?
    Təkcə əxlaq yox, digər mənəvi ideyalar, vicdan, sevgi və s. də elmi əsaslara söykənmir.

    Az əvvəl dediyimiz məsələnin üzərinə qayıdaq, ailə daxili cinsi münasibətin qeyri-əxlaqi olduğunu ateist rasional və elmi əsaslara söykənərək izah edə bilərmi? Edə bilməz. Uzaq başı, deyər ki, elmi qənaətlər onu göstərir ki, insestdən doğulan körpələr şikəst olur. Ancaq bu zaman sual yaranır. Bəs tərəflərdən biri sonsuz olarsa? Bəs tərəflər qoruyucu vasitə və ya doğum-nəzarət həbləri qəbul edərsə? Axı bu zaman ümumiyyətlə uşaq doğulmayacaq ki, şikəst də olsun. Bəs bu halda ateist insestə nəyə görə pis desin?

    Əxlaq materialist düşüncəylə təməlləndirilə bilmədiyi kimi, insanüstü iradənin doqmaları ilə tənzimlənməyə məhkumdur.
    Nə qədər radikal səslənsə də, özünü ateist adlandıran biri, heç bir insana, hadisəyə əxlaqsız deyə bilməz. Çünki, qeyd etdiyimiz kimi əxlaq və ateizm, dəmir və taxta kimidir. Aralarında heç bir fəlsəfi bağlılıq yoxdur.

    Bütün bunlar, İlahi iradənin olmadığı an yaxşı və pisin öz hökmünü itirməsindən qaynaqlanır. Məsələn: ateizmin praqmatik düşüncəsi ilə yanaşsaq böyrək çatışmazlığı olan uşağını xilas etmək üçün bir ateist, başqa bir uşağı öldürməyə və ya böyrəyini götürməyə hazır olmalıdır. Çünki praqmatik nöqteyi-nəzərdən burda heç bir qəbahət yoxdur.

    Bütün bu yazılardan yanlış anlaşılmasın deyə demək istərdim ki, mən ateizmin əxlaqının olmadığın deyirəm, ateistin yox. Söz yox ki, hər hansı ateist əxlaqlı ola bilər, lakin o ateizmin prinsiplərinə "xəyanət" etmiş olacaq. Ateist əxlaqlı ola bilər, bu onun yaşadığı cəmiyyətin mənəvi dəyərlərinin, əvvəllər inandığı dinin ideyalarının onda qoyduğu izdən qaynaqlanacaq.


    Mahir Abbas
    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.