• Rus Dili
  • Reklam
    » » Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirildi
    

    Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirildi

    30-07-2019, 18:30
    Oxunub: 88
    Şərhlər: 0
    Çap versiyası
    Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirildiTürkiyədən Azərbaycana dəvət olunan mütəxəssislər qəzaya uğramış MİQ-29 təyyarəsinin və pilotun axtarışlarına başlayıblar.

    Bu barədə Azvision.az -a açıqlamasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

    Politoloq bildirib ki, sualtı axtarışlar üçün Türkiyədən xüsusi avadanlıqlar gətirilib: “Qardaş ölkədən gələn mütəxəssislər axtarış işlərinə qoşulublar. Bu günədək dəniz dalğalı idi və axtarış aparanların işlərinə müəyyən qədər çətinlik yaradırdı. Bu gün isə dənizdə dalğa yoxdur. Helikopterlər, gəmilər və sualtı dalğıclar axtarışlar aparır. Hazırda ciddi axtarı işləri gedir”.

    Pilotun axtarışları üçün Türkiyədən xüsusi avadanlıqlar gətirildi


    Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.