• Rus Dili
  • Reklam
    » » ABŞ 37 ildən sonra türk diplomatı qətlə yetirən erməni terrorçunu azadlığa buraxmaq istədi – Türkiyə qarşısını aldı
    

    ABŞ 37 ildən sonra türk diplomatı qətlə yetirən erməni terrorçunu azadlığa buraxmaq istədi – Türkiyə qarşısını aldı

    31-07-2019, 17:31
    Oxunub: 47
    Şərhlər: 0
    Çap versiyası
    ABŞ 37 ildən sonra türk diplomatı qətlə yetirən erməni terrorçunu azadlığa buraxmaq istədi – Türkiyə qarşısını aldı
    Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkanı 1982-ci ildə qətlə yetirən erməni terrorçunun ABŞ-dakı həbsxanadan şərti cəza ilə buraxılması ilə bağlı məhkəmə prosesinin irəliyə çəkilməsi tələbi Türkiyənin cəhdləri ilə qarşısı alınıb.

    Avropa.info xəbər verir ki, ABŞ-ın "Erməni Soyqırımı Ədalət Birlikləri" (JCAG) adlı terror təşkilatının üzvlərindən olan Hampiq Sasunyanın şərti cəza ilə azadlığıa buraxılması cəhdinə Türkiyə imkan verməyib.

    Qeyd edək ki, terror aktından sonra ələ keçirilən və əfsiz ömürlük həbs cəzasına məhkum olunan Sasunyan Kaliforniyadakı SanQuentin əyalət həbsxanasında cəzasını çəkir. Sasunyanın Kaliforniya əyalətinin bu cür cinayətlərə yönəlmiş şərti azadlıq siyasəti çərçivəsində həbs cəzasının 25 ili tamam olduğu oktyabr 207-ci ildən şərti cəza hüququndan yararlanma imkanı tanıyır.

    Xarici İşlər Nazirliyinin cəhdlərinin nəticəsində 2006, 2010, 2013, 2015-ci illərdə erməni terrorçunun şərti azadlığa buraxılması tələbinin rədd edilməsinə nail olunmuşdu. Sasunyanın şərti təhliyə tələbi 14 dekabr 2016-cı ildə beşinci məhkəmə iclasında Türkiyənin cəhdlərinə rəğmən qəbul edilmişdi.

    Sasunyanın 29 iyun 2018-ci ildə altıncı dəfə şərti azadlığa buraxılması ilə məhkəmə prosesindən əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ədliyyə naziri Əbdülhəmid Gülün amerialı həmkarlarına göndərdikləri məktublardan sonra erməni terrorçunun cəmiyyət üçün təhlükə törədə biləcəiyini nəzərə alıb, onun azadlığa buraxılması tələbi rədd edilmişdi.

    Türkiyənin israrlı cəhdlərindən sonra erməni terrorçunun şərti olaraq sərbəst buraxılması ilə müraciətinə baxılması ilə məhkəmə prosesinin 2021-ci ilin iyununda keçirilməsi gözlənilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.