• Rus Dili
  • Reklam
    » » Kim kimin itidir, Qulu Məhərrəmli?
    

    Kim kimin itidir, Qulu Məhərrəmli?

    3-08-2019, 10:05
    Oxunub: 50
    Şərhlər: 0
    Çap versiyası
    Kim kimin itidir, Qulu Məhərrəmli?










    Fətullah Gülənin xəstəsinin hakimiyyətə və mediyaya aqressiyasının əsl səbəbləri


    Azərbaycan cəmiyyətinin “mülayim” adam kimi tanıdığı Qulu Məhərrəmli son zamanlar nəyə görəsə əməlli-başlı sərt olmağa başlayıb. Onun mülayim, yoxsa sərt olması kimsə üçün elə bir problemə çevrilməsə də, “nəyə görə” sualı istər-istəməz maraq doğurur. Uzun illər çalışdığı AzTV-də sabiq sədr Arif Alışanova qarşı bayraq açması başa düşülən idi. Allahqulu (20 yaşına qədər daşıdığı adı sonradan dəyişdirib) AzTV sədrlərinin hər birinin qılığına girir, dövlət televiziyasında özündən istedadlı adamlara “torba” tikə-tikə məmurlarla, iş adamları ilə sövdələşərək özünə cah-cəlal qururdu. Günlərin birində isə Arif Alışanov onun “ruzi”sini kəsdi və bundan qəzəblənən telejurnalist onun haqqında sağda-solda danışmağa, açıqlamalar verməyə, yazılar yazdırmağa başladı.

    Bəli, AzTV-də öz fitnə-fəsadları ilə, yumşaq desək, heç də yaxşı ad çıxarmamış Qulu Məhərrəmli müasir telejurnalistika üçün o qədər də uğurlu olmayan bir mövzuda yazdığı dissertasiyanın, “professor” titulunun arxasında gizlənərək və əyninə Dədə Qorqud kaftanı geyinərək bu gün media cameəsinə “ağsaqqal nəsihəti” verməyə cəhd edir. Zira, onun nəsihətlərinin səmimiyyətdən qaynaqlanmadığı, moizələrində savaddan və müasir jurnalistikanın tələblərindən əsər-əlamət olmadğı üzə çıxdıqca aqressivləşir, təhqirə keçir, hədyanlar yağdırmağa başlayır.

    Əlbəttə, nə AzTV-də çalışanda, nə Mətbuat Şurasının sədri Əflatun Amaşova müavinlik edəndə, nə də Azərbaycan prezidentindən “Əməkdar jurnalist” titulu alanda o, belə danışırdı. Dilinin şirin yerinə salıb bu gün bəzən açıq, bəzən üstüörtülü şəkildə ”ilişdiyi” hər kəsə jestlər edir, tərif deyirdi.

    Bəs, necə oldu ki “loyal” Qulu Məhərrəmli siyasi hakimiyyətin etimadından məhrum oldu? Bunun ikinci (birincini sonra deyəcəyik) səbəbi Allahqulunun 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Rusiya oliqarxlarının və onların arxasında dayanan kəşfiyyat strukturlarının zorən namizəd elan etməyə çalışdıqları Rüstəm İbrahimbəyovla bağlı avantürist layihədə fəal iştirakı idi. İndi o, qədim adındakı Allahı daha bir dəfə danaraq Rüstəm İbrahimbəyova siyasi dəstək verdiyini inkar eləsə də, faktlar faktlığında qalır. Budur, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olması üçün yaradılan Milli Şuranın elan edilməsinə belə reaksiya verirdi:

    “Düşünürəm ki, Rüstəm Ibrahimbəyovun siyasi səhnəyə çıxması ictimai hərəkat tarixində yeni bir keyfiyyətdir. O, dünyagörmüş, fərqli mühitlərdə bərkdən-boşdan çıxmış, adı xoş duyğular yaradan, bizlər üçün həmişə qürur doğuran adamdır. Onu təhqir edənlərdən fərqli olaraq Rüstəm Ibrahimbəyov çox səviyyəli, təmiz və ləyaqətli insandır, millət qarşısında böyük xidmətləri var. Həm də onu dünya tanıyır, deyim ki, bir az da mistikası olan, bəxti gətirən, uğurlu, birləşdirici adamdır. Məhz bu səbəbdən də görkəmli kino xadiminin vahid namizəd kimi yekdilliklə qəbul olunması gözlənilən idi. Azərbaycanın taleyinə biganə qalmayan insanlar bu seçimi böyük ümid və coşqu ilə qarşılayıblar. Cəmiyyətin böyük bir hissəsi Milli Şuradan və onun vahid namizədindən çox ümidlənib”.

    Rüstəm İbrahimbəyovun MŞ sədri seçilməsindən ümidlənmiş, cuşa gəlmiş, mistik əlamətlər axtarışına çıxmış Qulu sözlərinə belə davam edirdi:

    Kim kimin itidir, Qulu Məhərrəmli?



    “Milli Şuranın yaranması, sözün həqiqi mənasında tarixi hadisədir və Azərbaycan reallığında son 20 ilin ən əlverişli formatıdır. Atılan addımlar onu göstərir ki, hazırda Milli Şura sinergetik güc yaratmaqdadır. MŞ-nin meydana çıxması təkcə iqtidardakı yox, həm də müxalifət düşərgəsindəki mənzərəni aydın göstərdi. Gənc publisistlərdən biri doğru olaraq yazmışdı ki, Şuranın yaranışı müxalifətdə gizlədilmiş bir çox minaları partlatdı”.

    Bəli, partladı! İlk növbədə sovet KQB-nin Azərbaycan cəmiyyətində gizlətdiyi minalar partladı! Üstəlik, uzun illər Azərbaycan mediasının qaymağını yeyib, balını qaşıqlayan, siyasi hakimiyyət təmsilçilərindən böyük diqqət və qayğı görmüş Qulunun “quqqulu” olması da üzə çıxdı.

    Qayıdaq birinci səbəbə.

    Qulu Məhərrəmli dövlət, cəmiyyət və sabitlik üçün o zaman “əsl mina” hesab edilməyə başladı ki, onun Fətullah Gülənlə əlaqələri bütün çılpaqlığı ilə üzə çıxmış, deşifrə olunmuşdu. Uzun illər Azərbaycan cəmiyyətində təşkilatlanmağa çalışan FETÖ-nun Azərbaycandakı güvənli isimlərindən, PR qurucularından biri də məhz Qulu Məhərrəmli idi. Bakıdan ta Pensilvaniyaya qədər yol ölçmüş, gedib mürşidinin- “hoca əfəndi”nin əlini öpmüş və təbii ki, Azərbaycana da əliboş qayıtmamışdı. Fətullah Gülən onu şəxsən ödülləndirmiş, yəqin ki, Azərbaycandakı militanlarına da “Allahın bu quluna yaxşı baxın” mesajı çəkmişdi. Bəs, o görüşdən sonra Qulu Məhərrəmli nə yazmışdı, bilirsinizmi? Bilmirsinizsə, agah olun:

    “Onunla söhbətə başlayan kimi ağlın və zəkanın sehrinə düşürsən. Altmış yaşlı bu müdrik insanın səsinin ahəngində və ləngərində sanki bir ilahilik və yenilməzlik var. Nitqi təmkinli, rəvan, səlis və axıcıdır. Onun ən böyük cazibəsi isə mübarək ağzından çıxan cümlələrin fikir və məna yükündədir”.

    Yaxud:

    “Xocaəfəndi xəstə dünyanın xəstə dərdini də, onun dərmanını da göstərən ulu TƏBİBDİR”.

    https://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde?fbclid=IwAR1hN-ykhgJBsh3XuHYmRw0jZY9zxLEpaFSssRVzv-8sqKJx-8oYEy37MhU

    Fətüllahın “xəstəsi” əsl məddah məharəti ilə bildirirdi:

    “O, artıq çoxdan öz ideyaları və məsləki uğrunda Qandisayağı mübarizə ilə bu adların hamısına layiq olduğunu sübut edib”.

    Kim kimin itidir, Qulu Məhərrəmli?


    Qandimi, qaniçənmi, qoca vampirmi?

    Əlbəttə, 16 iyul 2016-cı ildəki hərbi qiyam cəhdindən, o gecə yüzlərlə insan tankların altında öz canını Türkiyə üçün fəda edəndən sonra, zənnimcə, Qulu Məhərrəmlinin “qəlbindəki qara yaranı əlləyən təbib” haqqında ağır ifadələr işlətmək daha yerinə düşər. Ancaq lütfən emosiyalarınızı bir balaca cilovlayın və diqqət edin. Qulu Məhərrəmlinin hədəfində Azərbaycan hakimiyyətindəki və cəmiyyətindəki məhz o adamlardırlar ki, hər biri Gülən şəbəkəsinin ölkəmizdə şaxələnməsinə, qol-budaq atmasına qarşı çıxıb. Bəli, Qulu Məhərrəmlini bu gün həm də Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf etməsi, mediamızın Türkiyə prezidenti Ərdoğana simpatiya ilə yanaşması və heç şübhəsiz, Fətullah Gülənin Azərbaycan iqtidarındakı simpatizanlarının dövlət idarəçiliyindən kənarlaşdırılması qəzəbləndirir. Bütün hallarda, Qulu Məhərrəmli bir zamanlar Prezident Administrasiyasında önəmli vəzifə tutan Elnur Aslanovun haqqında yazdıqlarını inkar edə bilməz:

    “Elnur Aslanov... kimi üzdə olan istedadlı gənclərin hədəfə alınması uğursuz məzhəkədən başqa bir şey deyil”.

    Cəmiyyət isə artıq nəyin məzhəkə olmadığını da yaxşı bilir, nəyin məzhəkə olduğunu da. Ən əsası, yırtılan maskaların arxasında hansı sifətlərin olduğunu da görür, başlıqda əks olunan suala da cavab tapır.



    AzNews.azскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.