• Rus Dili
  • Reklam
    » » “Facebook”un yenə gizli surətdə istifadəçiləri dinlədiyi ortaya çıxdı
    

    “Facebook”un yenə gizli surətdə istifadəçiləri dinlədiyi ortaya çıxdı

    14-08-2019, 15:24
    Oxunub: 43
    Şərhlər: 0
    Çap versiyası
    “Facebook”un yenə gizli surətdə istifadəçiləri dinlədiyi ortaya çıxdı
    “Facebook” şirkəti istifadəçilərin audio mesajlarını dinləmək üçün yüzlərlə əməkdaşın xidmətindən yararlanıb.

    Agxeber.com Musavat.coma istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkət daxilində adının gizli saxlanılmasını istəyən mənbəyə istinadən məlumat bildirib.

    Agentliyin informatorunun “podratçılar” deyə qələmə verdiyi həmin şəxslərin Facebook-un audioyazışmaları haradan götürdüyü və onların hansı səbəbdən dinləmək istədiyi barədə heç bir xəbərləri olmayıb.

    Şirkət özü həqiqətən dinləmə hadisəsini təsdiq edib. Lakin bununla bərabər jurnalistlərə həmin fəaliyyəti bir həftə öncə sonlandırdıqlarını deyib və bir daha bərpa etməyəcəklərinə söz verib.

    Şirkətin verdiyi izahata görə, onlar sadəcə messencerdə audiofaylların oxunması ilə məşğul olan yuzerləri (istifadəçiləri) seçərək, bunun üçün yeni yaradımış neyroşəbəkənin necə işləməsini yoxlamaq istəyiblər. “Facebook” təmsilçiləri hər kəsi həmin yazışmalaırn dərhal anonim statusa keçirdiklərinə də əmin ediblər.

    İlk dəfə audio yazışmaların oxunması funksiyası Facebook-da 2015-ci ildə işə salınıb.

    Lakin bilindiyi üzrə, “Facebook” istifadəçilərlə bağlı məlumatların sızdırılması məsələsində olduqca acı şöhrətə malikdir. Keçən il şirkətin 90 milyondan çox akkauntun sahibi haqqında informasiyaları “Cambridge Analytica” adlı sosial araşdırma firmasına ötürdüyü ortaya çıxmışdı. Sonuncunun həmin məlumatlardan ABŞ prezidenti Donald Trampın xeyrinə, onun barəsindəki təbliğat materillarını yaymaq üçün istifadə etdiyi məlum olmuşdu.

    Buna görə “Facebook” 5 milyard dollar cərimə ödəməyə məcbur qalıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.