• Rus Dili
  • Reklam
    » » Avropa yeni FACİƏYƏ DOĞRU: Ərdoğanın səbri daşarsa… - İngilislərdən MÜHARİBƏ XƏBƏRDARLIĞI
    

    Avropa yeni FACİƏYƏ DOĞRU: Ərdoğanın səbri daşarsa… - İngilislərdən MÜHARİBƏ XƏBƏRDARLIĞI

    1-09-2019, 13:12
    Oxunub: 69
    Şərhlər: 0
    Çap versiyası
    Avropa yeni FACİƏYƏ DOĞRU: Ərdoğanın səbri daşarsa… - İngilislərdən MÜHARİBƏ XƏBƏRDARLIĞI
    İngiltərənin “Guardian” qəzeti Türkiyənin yenidən Suriyaya girəcəyi barədə xəbərdarlıq edib.

    Publika.az xəbər verir ki, nəşr Türkiyənin Suriyada daha əvvəl həyata keçirdiyi Afrin, Əl-Bab və Azez əməliyyatlarını xatırladıb.

    Nəşrin yazdığına görə, prezident Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində “qərbyönümlü” YPG/ PYD terror təşkilatlarının nəzarətinə meydan oxuya bilər. Məqalədə Avropa ölkələrinə yeni bir miqrant dalğası ilə bağlı da xəbərdarlıq edilir.

    “Ərdoğanın səbri daşarsa əsas qaçış yolunu İdlibdəki mülki şəxslərə bağlaya və 2015-ci ildə olduğu kimi Avropa istiqamətində qaçqınların yeni axınını atəşləyə bilər”, - nəşr qeyd edib.

    Qeyd edək ki, Türkiyə hazırda təxminən 4 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. 2016-cı il martın 20-də Avropa İttifaqı ilə imzalanan miqrant anlaşması çərçivəsində Türkiyəyə verilən öhdəliklər isə hələ tam olaraq yerinə yetirilməyib.

    Prezident Ərdoğan Rusiya səfərindən (avqustun 27-də - red.) qayıdan zaman təyyarədə verdiyi açıqlamasında Türkiyə ordusunun sərhəd boyu hazır olduğunu və hər an hər şeyi edə biləcəklərini söyləmişdi.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.