• Rus Dili
  • Reklam
    » » Təhsil xərclərində artım - VİDEO
    

    Təhsil xərclərində artım - VİDEO

    7-10-2019, 22:31
    Oxunub: 23
    Şərhlər: 0
    Çap versiyası
    Təhsil xərclərində artım - VİDEO
    Hüquq və tibb ixtisaslarının təhsil xərcləri 23% artırılıb
    Dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquq və tibb ixtisasları üzrə hər bir təhsil alana düşən təhsil xərci 23 faizə qədər artırılıb.

    Bu Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

    Belə ki, hüquq ixtisası üzrə, hüquqşünaslıq ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alanların təhsil xərcləri 1620 manatdan 2100 manata,

    Müalicə işi, Hərbi həkim işi ixtisası üzrə təhsil xərcləri 4500 manatdan 5400 manata

    Tibbi profilaktika, 'czaçılıq, stomatologiya ixtisası üzrə təhsil xərcləri 4000 manatdan 4800 manata yüksəlib.

    Hüquqşünas ixtisasının magistratura səviyyəsində təhsil xərcləri 1680 manatdan 2180 manata qaldırılıb.

    Magistratura və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərci isə daha çox - 29 faizə qədər artaraq 4000 manatdan 5600 manata çatıb.

    Bəs bu artım nəyə əsasən müəyyənləşdirilir?

    Və dəyişiklik təhsil ödənişlərinin artmasına səbəb olacaqmı? Sualımızı təhsil eksperti Kamran Əsədov cavablandırdı.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu ildə imzaladığı qərara, əsasən, hər bir ali təhsil müəssisəsi ödənişsiz əsaslarda oxuyan tələbələrdən daxil olan gəlirlər hesabına büdcəsini formalaşdırmalıdır. Yəni bu qərardan sonra dövlət dövlət sifarışli ixtisaslar üzrə oxuyan tələbələrin təhsil haqlarını öz büdcəsi hesabına universitetlərə ödəyir.

    Yeni qərarə əsasən isə sentyabrın 1-dən dövlətin universitetlərə ödədiyi təhsil xərcləri 23% artırılıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.