• Rus Dili
  • Reklam
    » » SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    

    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR

    8-10-2019, 19:49
    Oxunub: 25
    Şərhlər: 0
    Çap versiyası
    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    Sovet İttifaqında işləyən Sidney Reyli daha sonralar Bondiana ilə məşhurlaşan Yan Fleminq üçün Ceyms Bondun prototipi olub.

    Keçən əsrin 1920-ci illərində sovet əks-kəşfiyyatı ən uğurlu əməliyyatlarından birini həyata keçirmişdi. Bu əməliyyat “Trest” adını daşıyırdı və ölkədə qalan ağ mühacirlərlə ölkəyə keçməyə can atan xarici müxaliflərə qarşı yönəldilmişdi. Əməliyyat zamanı bir neçə fəal Ağ Qvardiya döyüşçüsü və siyasi mühacir ölmüş və ya tutulmuşdu. Bunlarla yanaşı, çekistler Vətəndaş Müharibəsi dövrünün ən sirli personajlarından və parlaq avantüristlərindən biri olan ingilis aqent Sidney Reylini ələ keçirmişdilər.

    Gələcək Bondun dumanlı gələcəyi
    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    Sidney Reyli
    Qəhrəmanımız İngiltərə kəşfiyyatı üçün fəal işləsə də, o, məhz Rusiya imperiyasında anadan olmuşdu. Reylinin mənşəyi ilə bağlı etibarlı faktlar bununla bitir. Doğum tarixi (1872-ci və 1874-cü illər arasında) və doğulduğu yer (Odessa, onun ətrafı, Rus Polşası, Peterburq) barədə bir neçə variant var. Çox güman ki, o, Ukraynanın cənubunda yaşayan bir yəhudi ailəsində doğulmuşdu və Rozenblyum soyadını daşımışdı. Ancaq sonradan yeni soyadla tanınan Reylli qohumları ilə praktiki olaraq maraqlanmamışdı.

    Rozenblyum hələ gənc yaşlarında Rusiyanı tərk etmişdi. Daha sonra İngiltərədə evlənmiş və çox da hörmətli olmayan işlərlə məşğul olmuşdu: Əntiq əşyaların və qiymətli kağızların saxtakarlığı ilə məşğul olan Rozenblyum boş vaxtlarında polisin informatoru – xəbərçisi kimi çalışırdı, yəni sənədsiz emiqranları polisə satırdı. Məhz elə o zaman Rozenblyum İngiltərə xüsusi xidmət orqanlarının – Skotlənd Yardın xüsusi şöbəsinin diqqətini cəlb etmişdi.

    O dövrdə “şöbə” sürətlə böyüyürdü. Anarxistləri və İrlandiya üsyançılarını tutan bir neçə onlarla insandan ibarət kiçik komanda əsl kəşfiyyat xidmətinə çevrilmişdi. Arıq, uzunboylu, gənc oğlanı şöbənin yeni rəhbəri Vilyam Melvill kəşf etmişdi. Rozenblyumun mənşəyi dəqiq bilinməsə də, Melvill onun ünsiyyətcil olmasını, hazırcavablılığını, tez bir zamanda yeni tanışlıqlar qurmaq bacarığını sezmişdi.
    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    İngilis kəşfiyyatının rəisi qərara aldı ki, perspektivli bir agentin qabiliyyətini mühacirlərin dar dairəsində boşa vermək axmaqlıqdır. Rus dilini və yerli xüsusiyyətləri mükəmməl bilən bir insan kimi Rozemblyumdan məhz Rusiyada istifadə etmək olardı. Ancaq bunun üçün yeni sənədlər və yeni bir tərcümeyi-hal tələb olunurdu. Beləliklə, Odessadan olan Rozenblyum öldü və tarixi səhnəyə yeni bir insan – irlandiyalı Sidney Reyli daxil oldu.

    Rus-Yapon müharibəsi ərəfəsində Reyli rəsmən Port-Arturda ticarətlə məşğul olurdu. Qeyri-rəsmi olaraq, o, Mancuriyadakı rus qoşunları üçün kömürdən çörəyə qədər müxtəlif materiallar verən bir şirkətlə əməkdaşlıq edirdi. Uzaq Şərq ingilislərin böyük maraq dairəsində idi və əlində maliyyə hesabatı olan sakit bir təchizatçı hərbi bazadakı real vəziyyət haqqında əvəzsiz məlumat mənbəyi olmuşdu. Reylinin şəxsində ingilislər Rusiyanın təsir zonasında möhtəşəm bir agent almışdılar.

    Bu agentin heç bir möhkəm düşüncəsi yox idi, amma tacir təşəbbüskarlığı qaydasında idi. Birinci Dünya Müharibəsində silah satışına da əl atmışdı. Bunun üçün faktiki Rusiyada olmağına belə ehtiyac qalmamışdı. Hərbi təchizat və korrupsiya sxemlərinin sehrli dünyası Reylini tam ağuşuna almışdı, amma 1917-ci ildə inqilab baş verdi.

    “Bulanıq sularda balıq”

    1918-ci ilin yazında Reyli Rusiyaya gəlir və dərhal Leninlə görüşməyə çalışdığı Kremlə gedir. Üstəlik, bu fəndləri sovet hakimiyyətində Britaniya missiyasının başçısı Lokkartın başının üzərindən edir. Reyli bir kəşfiyyatçı kimi, məlumat toplamaqla və analitika ilə məşğul idi, lakin tez bir zamanda daha radikal metodlara keçir. Vətəndaş Müharibəsinin getdiyi bir ölkədə bolşeviklərin liderlərini tutaraq çevriliş təşkil etmək qərarına gəlir. Çevrilişə bir neçə latış bolşevikləri, o cümlədən gələcəkdə məşhurlaşan Edvard Berzini cəlb edir.

    Reylinin təsəvvürü yox idi ki, onun bütün gedişləri çekistlərə məlum idi, latışlar isə çekistlərin adamları idilər. Reyli Berzini pulla bəsləyir, amma eyni müvəffəqiyyətlə şəxsən Dzerjinskiyə də pul apara bilərdi. Bu hekayə uzun müddət davam edə bilərdi, amma heç kimin gözləmədiyi bir hadisə baş verir.

    1918-ci ilin avqustunda Petroqrad çekistlərinin başçısı Uritski Leonid Kanneqiser tərəfindən öldürülür və Fanni Kaplan da Lenini ağır yaralayır. Bu hadisələrin nəticələri çox idi, lakin konkret olaraq Lokkart və Reyli üçün bu artıq bolşeviklərin hadisələrin önündə olacağını ifadə edirdi. Həbslər Petroqradda və Moskvada baş vermiş və atəş açmağa çalışan bir ingilis zabiti güllələnmişdi. Bolşeviklər Antantanın üzvü olan ölkələrlə münasibətləri kökündən korlamaq istəmirdilər, lakin onlar da ikimənalı vəziyyətə düşmüşdülər: diplomatlar öz statuslarından istifadə edərək çevriliş hazırlayırdılar. Məhkəmələr sərbəst buraxıldı, lakin sui-qəsddə iştirak edənlər Sovet Rusiyasından qovuldular.

    Reyli dərhal həbs edilmədi. Əvvəlcə yoxa çıxdı və ölkəni özəl olaraq tərk etməyi bacardı. Bir müddət Denikinin qərargahında oldu, ağların qələbəsindən sonra Rusiyada görkəmli bir yer tutacağına ümid edirdi və bolşeviklərin süqutundan sonra Rusiyada maliyyə sindikatı yaratmaq layihəsi ilə yaşayırdı.

    Bəlkə də ağlar qalib gəlsyədilər, Reyli oliqarx ola bilərdi, amma ağlar uduzdular, Reyli isə dərhal qırmızıların tərəfinə keçdi. Reyli Rusiyaya qayıda bilməzdi və ona görə də xarici ticarət komitəsi ilə əlaqələr qurmağa başladı, sovetlərə yüksək texnikalı məhsullar satmağa başladı.

    “Örkən nə qədər uzun olsa, yenə də…”
    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    B.V.Savinkovun məhkəməsi. (Savinkov divarın solunda dayanır). 1924
    Statusunu itirən Reyli başladığı yerə – fırıldaqçıların və avantürüstlərin yanına qayıdır. Hələ Rusiyada eserlərdən olan inqilabçı və terrorçu Boris Savinkovla münasibətlər qurmuşdu. Reyli öz cibindən ona pul ödəyərək, onunla sıx əlaqə qurmuşdu. Lakin təcrübəli terrorçu və sovetlərin möhkəm əleyhdarı olan Savinkov SSRİ-nin xüsusi təhlükəsizlik orqanı olan Ümumi Dövlət Siyasi İdarəsinin (ÜDSİ) əsas məqsədlərindən biri idi.

    Sovetlər çox ağıllı əməliyyatı qurmuşdular. Ağ mühacirlərin terror hücumları təhlükəsi itmədiyi üçün ÜDSİ saxta monarxist təşkilat qurmuşdu – Mərkəzi Rusiya Monarxist Təşkilatı (MRMT). Monarxistlər SSRİ-yə mühacirləri cəlb etməklə məşğul idilər, burada sonda onları yalnız güllələnmə gözləyirdi. Əminlik üçün təşkilatın tərkibinə Rusiyada qalan keçmiş yüksək vəzifəli məmurlar və aristokratlar daxil edilmişdilər.

    1922-ci ildən sovet məxfi xidmətləri Avropadakı ağ hərəkatların nümayəndələri ilə əlaqə yaratmağa başladılar. Ağların lideri general Aleksandr Kutepov vəziyyəti yerində öyrənmək üçün öz adamlarını Rusiyaya göndərmişdi. Onun agentləri – əfsanəvi Mariya Zaxarçenko-Şults və Qeorqi Radkeviç – Rusiyada yalançı monarxistlərlə danışmış və tam təəccüblənmişdilər. Bu vaxt bənzər bir əməliyyat nəticəsində Savinkov ələ keçmişdi. Bir qədər sonra o, həbsxanada intihar etmişdi.

    Reylinin başı üzərində qara buludlar toplaşmışdı, ancaq özü bundan xəbərsiz idi. İngilis kəşfiyyatçıları yenidən onunla əlaqə saxlamışdılar. İngilislər MRMT-nın real imkanları ilə maraqlanmışdılar və Reyli bu əməliyyatda iştirak etmək üçün əla bir namizəd idi, xüsusən də nəzərə almaq lazım idi ki, son illər Reylinin maddi vəziyyəti pisləşmişdi. Reyli monarxistlərlə əvvəlcə neytral ərazidə görüşmüşdü. Maraqlıdır ki, ÜDSİ-nin agentləri belə bir təcrübəli casusu asanlıqla aldatmışdılar. Reyli monarxist təşkilatın həqiqiliyinə tam əmin olmuşdu.

    Hər şey 1925-ci ilin sentyabrında yekunlaşmışdı. Reyli saxta pasport almış və Finlandiya sərhədindəki dəhlizə yollanmışdı, orada sui-qəsddə iştirak edən sovet sərhədçisi gözləməli idi. Əslində bu adam KQB-nin əməkdaşı, Sestroretsk bölgəsindəki sərhəd dəstəsinin komandiri çekist Toyvo Vyaxa idi. Vyaxa öz rolunu əla oynamışdı və hətta ondan razı qalan Reylidən mükafat da almışdı.

    Yalançı monarxistlərlə görüşdə Reyli yorulmadan danışmışdı. Onun təkliflərindən ən təəccüblüsü bir neçə muzeyi qarət etmək, şah əsərlərini Qərbə aparmaq və orada satmaq idi. Bununla təşkilatın maliyyəsi üçün vəsait toplamağı təklif etmişdi. Monarxistlər agenti sakitcə dinləmiş, ölkədən qayıtmaq üçün nəzərdə tutulan maşına minməyə icazə vermiş və onu Lubyankaya gətirmişdilər. Casus və avantürist beləcə həbs olunmuş və bir daha azadlığı görməmişdi.
    SSRİ-nin 007 saylı agenti - çekistlər ingilis super agentini necə zərərsizləşdirmişdilər - FOTOLAR
    Sidney Reylinin meyiti
    Reyliyə fiziki işgəncə tətbiq edilməmişdi, amma onun iradəsini köhnə bir metodla sındırmışdılar – gözünün önündə yalançı bir agenti güllələmişdilər. Bundan sonra agentin dili açılmış və ifadə verməyə başlamışdı. Ancaq canını bu yolla qurtara bilməmişdi. Reyli 1918-ci ildə çevriliş cəhdinə görə edam cəzasına məhkum edilmişdi. Çekistlər tutulan agentin daha heç nə deyə bilməyəcəyinə əmin olduqdan sonra Reylini güllələmişdilər.

    Qeyd etmək lazımdır ki, hər şey elə qurulmuşdu ki, Reyli gözlənilmədən ölmüşdü. Gəzinti zamanı onu sadəcə güllə ilə arxada vurmuşdular. Casus oyunlarının həqiqət baxımından bunu insanlıq adlandırmaq olar. Ancaq məşhur agent qəribə bir şəkildə kütləvi mədəniyyətə qayıtdı. Sonralar Yan Fleminq dəfələrlə deyəcək ki, məhz Sidney Reylinin obrazı onu Ceyms Bond romanlarını yazmağa təşviq edib. Əlbəttə, Reylinin özünün belə bir aqibət arzulamasını söyləmək çətindir, amma yenə də o, tarixə düşməyə müvəffəq oldu.

    Konkret.az
    Hazırladı: Rəhim ƏLİYEVскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.