• Rus Dili
  • Reklam
    » » Türk ordusu ABŞ hərbçilərini vurub? - Nazirlik açıqladı
    

    Türk ordusu ABŞ hərbçilərini vurub? - Nazirlik açıqladı

    12-10-2019, 01:57
    Oxunub: 24
    Şərhlər: 0
    Çap versiyası
    Türk ordusu ABŞ hərbçilərini vurub? - Nazirlik açıqladı
    Türkiyə ordusu “Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı təşkil etdiyi top atışları ilə yalnışlıqla ABŞ hərbçilərini vurub.

    Axar.az xəbər verir ki, bu iddia ilə “Nyusvik” nəşri çıxış edib.

    Bildirilib ki, Kobani şəhərində SDQ döyüşçüləri ilə birlikdə olan amerikalı xüsusi təyinatlı qüvvələr hücuma məruz qalıb.

    ***

    CNN-nin Pentaqon üzrə müxbiri mərminin ABŞ xüsusi təyinatlılarının bazasının yaxınlığına düşdüyünü, olayda yaralananların olmadığını bildirib.
    "San" nəşri də 15-100 arasında (dəqiq bilinmir) ABŞ əsgərinin olduğu hərbi hissənin yaxınlığında baş verən partlayışda hər hansı itki və yaralanma olmadığını yazıb. Pentaqon rəsmisi nəşrə açıqlamasında deyib ki, türk ordusu ABŞ əsgərlərinin harda yerləşməsindən xəbərdar olmalı idi.

    ***

    ABŞ müşahidə məntəqəsindən təxminən min metr cənub-qərbdəki yüksəkliklərdən Suruçun cənubundakı sərhəd məntəqələrimiz DŞK-dan və toplardan atəşə tutulub. Müdafiə məqsədilə atışların həyata keçirildiyi terrorçuların mövqeləri hədəf alınıb. ABŞ-ın müşahidə məntəqəsindən söhbət belə gedə bilməz. Cavab atəşindən öncə ABŞ-ın müşahidə məntəqəsinin zərər görməməsi üçün hər cür tədbir görülüb. Məsələ ilə bağlı ABŞ tərəfinin əlaqəsindən sonra atəş dayandırılıb. ABŞ-a və koalisiyaya zərər verilməsindən qətiyyən söhbət belə gedə bilməz.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.