• Rus Dili
  • Reklam
    » » Türkiyə ordusun məhv etdiyi terrorçuları "dinc insanlar" kimi təqdim edən "Meydan tv"
    

    Türkiyə ordusun məhv etdiyi terrorçuları "dinc insanlar" kimi təqdim edən "Meydan tv"

    13-10-2019, 22:02
    Oxunub: 43
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyə ordusun məhv etdiyi terrorçuları "dinc insanlar" kimi təqdim edən "Meydan tv"


    Türkiyə ordusun məhv etdiyi terrorçuları "dinc insanlar" kimi təqdim edən "Meydan tv" nin PKK sevgisinin pərdəarxası ? - Cavid Hacıbəyli yazır
    Dünyada media orqanlarının, medianın yaydığı müxtəlif xəbərlər vasitəsilə insanların fikirlərini, baxışlarını yönləndirirlər, dəyişirlər. Keçmiş zamanda da belə idi, ancaq indi daha aktualdır. Buna bir növ psixoloji savaş da deyilir. Bu mövzuda yazmağı çoxdan düşünürdüm ancaq dünən müstəmləkə mediasının tərkib hissəsi, uzantısı olan “Meydan tv” adlanan medianın təqdim etdiyi xəbər məni buna vadar etdi.

    Mövzu Türkiyənin sərhədləri boyunca yaradılmaq istənilən terror dəhlizinəqarşı, Türkiyə silahlı qüvvələrinin Suriya ərazisində PKK terrorçularına qarşı başlatdığı hərbi əməliyyatdır. Həmin mövzuda “Meydan tv”nin təqdim etdiyi saxta xəbər yüzlərlə insanın etirazına səbəb oldu, yüzlərlə insan sosial şəbəkələrdə həmin saxta xəbərin altında öz etirazlarını “Meydan tv”yə bildirdilər.

    Yazılıb ki, “Türkiyənin “Sülhün mənbəyi” adlandırdığı əməliyyatın nəticəsində son 3 gündə Suriyanın Şimalında 400-ə yaxın insan ölüb, 64000 məcburi köçkün yaranıb.”
    Türkiyə ordusun məhv etdiyi terrorçuları "dinc insanlar" kimi təqdim edən "Meydan tv"
    Təbii ki, bu xəbər tam yalan və saxtadır. Ölənlər dinc əhali yox, əlisilahlı terrorçulardır. "Meydan tv" Almaniyadan idarə edilir, yönətilir, ofis Almaniyadadır. PKK terror təşkilatı Almaniyada çox güclü və aktivdir, zaman-zaman Almaniyanın mərkəzində PKK uzantılarının sərbəst aksiyalarına Almaniya dövləti şərait yaradır. Halbu ki, PKK terror təşkilatı Türkiyəyə qarşı döyüşür, məqsədi Türkiyəni bölməkdir. Bəs insanlıq, bəs insan haqları, bəs terrora qarşı bir olmaq harada qaldı?



    Hazırda Suriya ərazisində Türkiyənin başladıb davam etdirdiyi barış hərəkatı da PKK terror təşkilatına qarşıdır. Ona görə əsasən Qərb dövlətlərindəki müəyyən media quruluşları vasitəsilə Türkiyənin başlatdığı barış hərəkatına qarşı qara propaqanda, çirkin anti təbliğat, saxta xəbərlər hazırlanır.
    Məhz "Meydan tv" də həmin saxta xəbərlər yayan medianın tərkib hissəsi olduğu üçün, Türkiyənin başlatdığı barış hərəkatının, Türkiyə əsgərlərinin guya əliyalın, sivil əhaliyə qarşı olduğunu, sivil əhalini evlərindən didərgin saldığı və öldürüldüyü xəbərlərini Azərbaycan cəmiyyətinə ötürür.
    Yəni, "Meydan tv"nin saxta xəbərləri vasitəsilə azərbaycanlılarda belə bir fikir yaratmaq istəyirlər ki, Türkiyənin məqsədi Suriya ərazisindəki terrorçuları bəhanə edib dinc əhalini yurd-yuvalarından didərgin salmaqdır. Təbii ki, bu da belə deyil. Əksinə, Türkiyə hərbçiləri dinc əhaliyə zərər gəlməsin deyə çox həssaslıqla davranır. Yoxsa 3-4 günə hava zərbələriylə oraları terrorçulardan təmizləyərdi və bir şəhid belə verməzdi. Necə ki, bunu Amerika, Rusiya və Bəşər Əsəd rejimi çox rahatlıqla edir, minlərlı dinc əhali öldürülür, evlərindən məcburi köçkün salınır.


    Bu saxta xəbərlərlərlə, qara propaqandayla təkcə "Meydan tv" məşğul olmur, hazırda Türkiyənin barış əməliyyatını az qala "soyqırım", “işğal” kimi təqdim edən dünyadakı bəzi media orqanları dünya ictimaiyyətinə yanlış, saxta xəbərlər verirlər. "Meydan tv" sadəcə bir maşa rolunu oynayır ki, rəhbərliyi bunu etməsə bir gün belə orada işləyə bilməz və onlara verilən pullar dayanar.
    PKK terror təşkilatı Almaniyada güclü təşkilatlandığı üçün, minlərlə tərəfdarı olduğu üçün elə Almaniyada yerləşən "Meydan tv"yə hər cür dəstəyi verirlər.
    Bir sözlə, "Meydan tv" PKK terror təşkilatının sözçülüyünü edir, PKK-nın maşası rolundadır.


    Türkiyə türkcəsində belə bir söz var – “alqı yaratmaq.” Yəni fikir formalaşdırmaq.
    "Meydan tv" Azərbaycanda əhalinin müəyyən narazı kəsiminin problemlərini işıqlandırmaqla özünə təəsübkeş çevrəsi formalaşdıra bilib, bunun altında maskalanıb. Ona görə də "Meydan tv" bundan istifadə edib zaman-zaman saxta xəbərlər də yayaraq təəsübkeş çevrəsinin, yəni yaydığı xəbərlərinə inananların həm də saxta xəbərlərlərinə də inanmasını təmin edir, yəni alqı yaradır.

    Əsla bu alqıya, bu saxta xəbərlərə inanmaq olmaz. Unutmayaq ki, Türkiyə dövləti Osmanlı dövlətinin varisidir. O, Osmanlı dövləti ki, 1918-ci ildə zülmün ərşə çəkildiyi Azərbaycana gələrək, 1130 şəhid verərək Azərbaycan adlı dövlətin faktiki qurulmasına şərait yaratdı, Azərbaycanı işğaldan azad etdi.

    Osmanlı qoşunları gəlməmişdən öncə, 31 martda Bakı və ətrafında minlərlə müsəlman-türk əhali terrorçu bolşeviklər, daşnaklar tərəfindən soyqırıma məruz qalmışdı və zülm davam edirdi. O zamanlar da Osmanlı qoşunlarının Azərbaycana gəlişini terrorçu bolşeviklər və daşnaklar işğal kimi adlandırırdı, belə təbliğat aparırdı. Amma Osmanlı qoşunlarının Azərbaycana gəlişi rus-erməni və ingilis qüvvələrinin bütün xəyallarını suya saldı. Və zülm altında inləyən müsəlman-türk azərbaycanlılar, Osmanlı ordusunun Azərbaycanı işğaldan azad etməsindən sonar rahat nəfəs aldılar. Halbu ki, bolşevik-daşnak qüvvələri elə bir iyrənc təbliğat aparırdılar ki, guya Osmanlı dövlətinin Azərbaycana gəlişi işğaldır, əhaliyə zülmdür və s.

    Necə ki, indi Türkiyə ordu hissələrinin Suriya ərazisində apardığı haqlı, əsaslı hərbi əməliyyatı, "Meydan tv" və dünyadakı bəzi media orqanları "soyqırım" kimi, "dinc əhalinin didərgin salınması" kimi dünya ictimaiyyətinə ötürürlər. Müəyyən güclər bununla da Türkiyə dövlətinə qarşı dünyada təpki yaratmaq və Türkiyəni bu haqlı hərbi əməliyyatdan çəkindirmək istəyirlər.

    Buna baxmayaraq azərbaycanlılar həmin “Meydan tv”nin yaydığı bu saxta xəbərlərə inanmır, əksinə social şəbəkələrdə Meydan tvnin məlum xəbərlərinin altında öz kəskin etirazlarını bildirirlər.

    Bundan öncə Suriyada bombalar nəticəsində ölən minlərlə günahsız insanlar haqqında, ölənlərinin fəryadını haqqında “Meydan tv” heç doğru-düzgün xəbərlər,məlumatlar vermirdi. Elə Türkiyə Suriyaya qoşun yeridəndə guya dünyanın, dünya mediasının yadına dinc əhali düşdü? İndiyədək harada idiniz? Günahsız körpələr, uşaqlar öldürüləndə niyə susmuşdunuz? Bəs harada qaldı ədalət, demokratiya, insan haqları?! Nə oldu elə Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün sərhədlərindəki terror dəhlisini aradan qaldırmaq üçün Suriyaya qoşun yeridəndə sözdə insan haqları təşkilatları, sözdə azad media, sözdə sülh təmsilçiləri hərəkətə keçdi? Uzağa getməyək, elə iki gün öncə terrorçuların Türkiyəyə atdığı roket nəticəsində uşaqlar və bir körpə də şəhid oldu. Bunu ciddi manşet etdinzmi?

    Amma bu iki üzlülüyə, yalana, saxtakarlığa rəğmən Türkiyə qoşunları və Suriya Milli Ordusu artıq uğurla irəliləməyə davam edir, terrorçuların zəbt etdiyi bölgələr, kəndlər təmizlənir. Elə mən bu yazını yazanda Türkiyə Müdafiə Nazirlinin məlumatına görə artıq Türkiyə hərbçiləri Suriyanın Resulayn şəhərinin mərkəzini terrorçulardan təmizləyib və 415 terrorçu zərərsizləşdirilib. Əminəm ki, Türkiyə dövləti öz təhlükəsizliyini təmin etmək üçün bir tək əliyalın insanın burnu da qanamadan bu əməliyyatı uğurla nəticələndirəcək.

    Cavid Hacıbəyli

    AĞ PARTİYA başqan müaviniскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.