• Rus Dili
  • Reklam
    » » SON DƏQİQƏ: düşmənin XAİN PLANI belə ifşa olundu, Müdafiə naziri NATO-nu köməyə çağırdı VİDEO - (YENİLƏNİR)
    

    SON DƏQİQƏ: düşmənin XAİN PLANI belə ifşa olundu, Müdafiə naziri NATO-nu köməyə çağırdı VİDEO - (YENİLƏNİR)

    21-10-2019, 18:28
    Oxunub: 18
    Şərhlər: 0
    Çap versiyası
    SON DƏQİQƏ: düşmənin XAİN PLANI belə ifşa olundu, Müdafiə naziri NATO-nu köməyə çağırdı VİDEO - (YENİLƏNİR)
    “Müttəfiqlərimiz PKK ilə bərabər olan YPG-ni dəstəklədi. YPG bəzi müttəfiqlərimizdən silah alır. Bu silahlar da bizə tuşlanır”.

    Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

    “TRT World Forumu”nda çıxış edən nazir qeyd edib ki, NATO ilə birləşərək təhdidlərə qarşı mübarizə çərçivəsində birgə hərəkət etmək lazımdır.

    “Sülh çeşməsi” hərəkatının məqsədi terror təhdidini aradan qaldırmaqdır. 2 milyon evindən qaçqın düşmüş suriyalı könüllü şəkildə evlərinə geri qayıda bilsin. Siyasi birliyi qorumağa çalışdıq. PKK və YPG kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməz. Son günlərdə gördük ki, 9 aylıq körpə tragedik şəkildə öldürüldü” – nazir bildirib.

    ***

    16:05

    Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə edib cinayəti Türkiyə Silahlı Qüvvələrinin üzərinə atmağa çalışan PKK/YPG-nin növbəti oyunu ifşa olub.

    Publika.az xəbər verir ki, terrorçular Təl Rıfat bölgəsində Suriya rejiminə aid hərbi formalar geyinməyə başlayıb.

    Türkiyə Kəşfiyyat Xidmətinin informasiyasına görə, terrorçular “Sülh çeşməsi” hərəkatına görə qorxuya qapılan dinc sakinləri “burada rejim əsgərləri olduğu üçün hərəkat keçirilə bilməz” sözləri ilə şəhərdə saxlamağa çalışır. PKK-nın bu məqsədlə həm də Bəşər Əsəd rejimilə ortaq hərəkət etdiyi mesajını vermək niyyətində olduğu bildirilir.

    Qeyd edək ki, PKK/YPG tərk etdiyi ərazilərə kustar üsulla hazırlanmış bomba və mina döşəyir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.