• Rus Dili
  • Reklam
    » » Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”
    

    Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”

    22-10-2019, 18:34
    Oxunub: 51
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”
    “Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimalında 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. Hazırda ümumilikdə 160 qəsəbə nəzarətimiz altındadır”.

    APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, indiyədək 775 terrorçu zərərsizləşdirilib, Türkiyə ordusunun 7 əsgəri, ölkənin 20 vətəndaşı və Azad Suriya Ordusunun 79 hərbçisi şəhid olub.

    Türkiyə Prezidentinin sözlərinə görə, indiyə kimi 700-800 terrorçu Suriyanın şimalını tərk edib.

    Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, bu gün yerli vaxtla saat 22:00-da 120 saatlıq atəşkəsin vaxtı bitir, əgər verilən sözlər yerinə yetirilməsə, hərəkat davam edəcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.