• Rus Dili
  • Reklam
    » » Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq
    

    Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq

    6-11-2019, 02:37
    Oxunub: 35
    Şərhlər: 0
    Çap versiyası
    Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq
    SRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

    APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.

    Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

    Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

    Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.