• Rus Dili
  • Reklam
    » » Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
    

    Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA

    6-11-2019, 20:38
    Oxunub: 98
    Şərhlər: 0
    Çap versiyası
    Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
    “Kurtlar vadisi” serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmazın qardaşı Raci Şaşmaz fırıldaqçılıqda təqsirləndirilir.

    İstanbulun Fikirtəpə ərazisində başlamadan bitən “Brooklyn” inşaat layihəsi zamanı zərər çəkən 131 nəfərin şikayəti üzrə İstanbul Anadolu Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi təqdim olunub. Pul ödədikləri halda mənzillərini ala bilməyən şikayətçilərin ərizəsi əsasında cinayət işi başlanılıb.

    Təqsirləndirilənlər arasında “Kurtlar vadisi”, “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarının prodüser və ssenari müəllifi Raci Şaşmaz, onun yaxın qohumu Əhmət Mahir Şaşmazın adı da var.



    Zərərçəkənlər arasında sabiq deputat İhsan Özkesin də adının olduğu müəyyənləşib. Sabiq deputat üç evin pulunu ödədiyi halda hələ də mənzillərin ona verilmədiyini açıqlayıb.

    Fırıldaqçılıqda təqsirləndirilən Raci məhkəmədə ifadə verib:

    “Əsas işim film və serial sektorudur. İnşaat işləri ilə maraqlanmıram. Bütün səlahiyyət şirkətin müdir köməkçisi Kürşat Coşkun Ufukda idi. Məsuliyyət onda idi. Sadəcə olaraq güvəndiyim üçün mənə verilən sənədləri imzaladım. Baş verənləri isə sonradan öyrəndim”.
    Qeyd edək ki, Necati və Raci Şaşmaz yollarını 2013-cü ildə qalmaqallı şəkildə ayırıblar. “Kurtlar Vadisi”nin ssenari müəllifləri komandadan ayrıldıqdan sonra iki qardaş arasında münasibətlər gərginləşib.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.