• Rus Dili
  • Reklam
    » » Müsavat Partiyası razılaşdırılmamış piket keçirir- Saxlanılanlar var - FOTOLAR (YENİLƏNİB)
    
    Müsavat Partiyası razılaşdırılmamış piket keçirir- Saxlanılanlar var - FOTOLAR (YENİLƏNİB)

    12-11-2019, 16:46
    Oxunub: 81
    Şərhlər: 0
    Çap versiyası
    Müsavat Partiyası razılaşdırılmamış piket keçirir- Saxlanılanlar var - FOTOLAR (YENİLƏNİB)
    Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin önünə təyin etdiyi razılaşdırılmamış piketin qanunla nəzərdə tutulan zamanı başa çatıb.

    Ötən 1 saat ərzində qeyd edilən yerə bir neçə nəfər musavatçı gəldi. Kütləvilik müşahidə olunmadı. Siyasi şüar səsləndirən musavatçılar polis əməkdaşları tərəfindən saxlanıldı. Hazırda ərazidə yalnız jurnalistlər və polislər qalıb. Jurnalistlərin peşə fəaliyyətlərinin yerinə yetirilməsində hansısa məhdudiyyət yaradılmadı. Eyni zamanda İstiqlaliyyət küçəsində piyada və avtomobil yollarında, piyada keçidlərində hərəkət məhdudlaşdırılmadı.

    ****

    Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin önünə gəlib, siyasi şüarlar səsləndirən Müsavat Partiyasının bir neçə sıravi üzvləri də polis tərəfindən saxlanıldı. Bakı Şəhər İcra Hakimiyətinin önündə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

    İstiqlaliyyət küçəsində piyadaların və avtomobillərin hərəkəti məhdudlaşdırılmayıb. Ona görə də polis toplu halda dayanıb, piyadaların hərəkətini məhdudlaşdıran şəxsləri də ərazidən uzaqlaşdırır.

    ****

    Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin önündə razılaşdırılmamış piket təyin edib. Musavat.com xəbər verir ki, hazırda “İstiqlaliyyət” küçəsi boyunca polislər düzülüblər. Lakin hələ ki, ərazidə partiya funksionerləri gözə dəymir.

    Bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Müsavat Partiyasına Lökbatan stadionunda piket keçirmək razılığı verilsə də, partiya rəhbərliyi bu təklifdən imtina edib. Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə status yazaraq bildirib ki, bütün təzyiqlərə, təqiblərə baxmayaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında, saat 15:00-da aksiyalarını keçirəcəklər. Artıq qeyd edilən vaxta dəqiqələr qalıb.

    Əməkdaşlarımızın verdiyi xəbərə görə, Müsavat Partiyasının başqa müavinləri Səxavət Soltanlı və Fərəc Kərimli Bakı Şəhər İcra Hakimiyyətinin önündə razılaşdırılmamış aksiyaya çıxdıqları üçün polis tərəfindən saxlanılıb.

    Əli Rais,

    Fotolar: Məhəmməd Türkmən

    Musavat.com

    Müsavat Partiyası razılaşdırılmamış piket keçirir- Saxlanılanlar var - FOTOLAR (YENİLƏNİB)скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.