• Rus Dili
  • Reklam
    » » AĞ Partiya Müsavatın piketi ilə bağlı bəyanat verdi
    

    AĞ Partiya Müsavatın piketi ilə bağlı bəyanat verdi

    12-11-2019, 19:38
    Oxunub: 177
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya Müsavatın piketi ilə bağlı bəyanat verdi

    Bu gün, 12.11.2019 tarixində Müsavat partiyası BŞİH-nin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı təmin edilsin” şüarı ilə piket keçirməyə cəhd edib. Bu zaman polis əməkdaşları qanunsuz olaraq piket iştirakçılarına mane olmuş və onları həbs edərək polis bölmələrinə aparıb. Hələ aksiyadan öncədən həm Müsavat, həm də digər partiyaların üzvləri müxtəlif bəhanələrlə saxlanılaraq polis bölməələrinə aparılıb. Hətta bəzi partiya aktivlərinin hələ də harada olması barədə dəqiq məlumat verilmir. Bu gün eyni zamanda, AĞ Partiya başqanının 1-ci müavini Əhəd Məmmədli də yaşadığı evin yaxınlığında həbs edilərək Xətai RPİ-nə aparılıb. Orada ona heç bir rəsmi izahat verilməyib və o, 5 saatdan artıq bir müddətdə saxlanılıb.
    Biz, AĞ Partiya olaraq hakimiyyətin insanların konstitusion hüquqlarından biri olan sərbəst toplaşma azadlığının qarşısını qanunsuz olaraq almasını, polislərin aksiya iştirakçılarına qarşı sərt davranışlarını, piket zamanı və ondan əvvəl əsassız yerə həbslərini qətiyyətlə pisləyirik. AĞ Partiya olaraq iqtidardan bu qanunsuzluqlara son qoymağı, əsassız yerə həbs edilənləri dərhal sərbəst buraxmasını və bütün bu qanunsuzluqları törədənləri cəzalandırmasını tələb edirik.
    Bir daha qeyd edirik ki, belə addımlar özünü hüquqi və demokratik ölkə adlandıran heç bir dövlətə uyğun deyil. Həmçinin iqtidarın belə davranışlarını Azərbaycanımızın beynəlxalq aləmdə onsuz da mənfi olan imicinə növbəti zərbə hesab etmək olar. Azərbaycan iqtidarı ya xalqın səsini eşidərək demokratik idarəetmə metoduna keçməli, ya da xalq nə zamansa hakimiyyəti bu addımı atmağa məcbur edəcək. скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.