• Rus Dili
  • Reklam
    » » Azərbaycanlı alim Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib
    

    Azərbaycanlı alim Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib

    16-11-2019, 21:50
    Oxunub: 62
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanlı alim Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib
    Azərbaycanlı professor Aygün Əttar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.

    AZƏRTAC xəbər verir ki, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı tərəfindən 1997-ci ildə təsis edilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ötən dövrdə özünəməxsus inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri Fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanmasına böyük təsir göstərib.

    Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Bilkənd Universitetində keçirilən növbəti iclasında diplomatlar, sabiq millət vəkilləri və elm adamları iştirak ediblər.

    Fondun ötən dövrdəki fəaliyyəti yüksək dəyərləndirilib və təşkilati işlərə baxılıb.

    Çıxışlarında əminliklə bildirilib ki, professor Aygün Əttarın sədrliyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun fəaliyyətinə yeni bir nəfəs gətirəcək.

    Aygün Əttar Fonda sədrlik edəcəyi dövrdə görəcəyi işlərdən danışıb. O qeyd edib kı, Fondun başlıca hədəfi iki qardaş ölkə arasındakı mövcud elm, sənət, iqtisadiyyat və digər sahələrdəki inkişafa töhfə vermək, həmçinin türk dünyasının qarşılıqlı əlaqələrində rol oynamaqdır.

    Otuz ilə yaxındır ki, Türkiyədə yaşayan və çalışan Aygün Əttar Azərbaycan diasporunun ən fəal təmsilçilərindəndir.

    Sabir Şahtaxtı

    AZƏRTAC-ın xüsusi müxbiri

    Ankara
    Azərbaycanlı alim Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilibскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.