• Rus Dili
  • Reklam
    » » Qahirədə polis zorakılığına qarşı kütləvi etiraz aksiyası keçirilib
    

    Qahirədə polis zorakılığına qarşı kütləvi etiraz aksiyası keçirilib

    20-02-2016, 12:04
    Oxunub: 389
    Şərhlər: 0
    Çap versiyası
    Qahirədə polis zorakılığına qarşı kütləvi etiraz aksiyası keçirilib


    Misirin paytaxtı Qahirədə kütləvi etiraz aksiyası keçirilib. “Əl-Cəzirə”nin xəbərinə görə, yüzlərlə aksiyaçı təhlükəsizlik idarəsinin qarşısına toplaşaraq polisin sürücünü qətlə yetirməsinə etiraz edib. Aksiyada daxili işlər nazirliyinin əleyhinə sərt şüarlar səsləndirilib. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Bir qədər sonra daxili işlər nazirliyi hadisəni törətməkdə ittiham olunan polisin həbs olunduğunu bəyan edib. Ölkənin baş prokurorluğundan verilən məlumata görə, hadisə polislə sürücü arasında yaranan mübahisə ilə başlayıb. Daha sonra polis sürücünün qarın və baş nahiyəsinə 3 dəfə atəş açaraq onu qətlə yetirib.

    Qeyd edək ki, iki həftə əvvəl 3 polisin həkimi qətlə yetirməsi də ölkədə kütləvi etirazlara səbəb olmuşdu.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.