• Rus Dili
  • Reklam
    » » “WhatsApp”a bu il gələcək yeniliklər
    

    “WhatsApp”a bu il gələcək yeniliklər

    20-02-2016, 12:45
    Oxunub: 453
    Şərhlər: 0
    Çap versiyası
    “WhatsApp”a bu il gələcək yeniliklər

















    İstifadəçi sayını günü-gündən sürətlə artıran ani mesajlaşma sistemi olan WhatsApp yeniliklər etməkdə davam edir. ANS PRESS-in məlumatına görə, istifadəçilərinin hər cür rahatlığını təmin edərək onları təəccübləndirməkdə davam edən şirkət yeni xidmətlər planı hazırlayır.

    Zəng, internet üzərindən söhbət xidmətlərini təkmilləşdirən WhatsApp öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və “iPhone” üçün bir neçə xüsusi sistem hazırlayır.

    Hazırlanan yeni xidmətlər sırasına video söhbət, təkmilləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s. daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.

    WhatsApp smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub.


    “WhatsApp”a bu il gələcək yeniliklər













    WhatsApp mesajlaşma xidmətinə sahib olan “Facebook” şirkətindən verilən məlumata görə, mesajlaşma xidmətindən istifadə edənlərin sayı 1 milyarda çatıb. Bu isə “Facebook Messenger"dən də çox istifadəçi deməkdir.

    Şirkətin son hesablamalarına görə, WhatsApp vasitəsilə gün ərzində 42 milyard ismarış, 250 milyon video mesaj göndərilir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.