• Rus Dili
  • Reklam
    » » Yaşıl çaydakı maddə bu xəstəliyi müalicə edir-Amerika alimləri
    

    Yaşıl çaydakı maddə bu xəstəliyi müalicə edir-Amerika alimləri

    20-02-2016, 15:41
    Oxunub: 1 007
    Şərhlər: 0
    Çap versiyası
    Yaşıl çaydakı maddə bu xəstəliyi müalicə edir-Amerika alimləri
    Vaşınqton Universiteti alimləri yaşıl çayın tərkibində güclü iltihab əleyhinə təsirə malik olan maddəni aşkar ediblər. Tədqiqatçılar izah edir ki, hazırda revmatoid artritin müalicəsində istifadə olunan dərmanlar bahalıdır və uzun müddət ərzində istifadə olunduqda müxtəlif fəsadların inkişafına səbəb ola bilər.
    Yaşıl çayın tərkibində olan müalicəvi maddə “pigallokotexin -3-qallat” oynaqlarda ağrıları və iltihabı azalıdır, qığırdaq və sümük toxumalarını zədələmələrdən qoruyur. Eurek Alert xəbər verir ki, artıq alimlər yeni maddəni artrit xəstəliyi olan heyvanların üzərində test ediblər. Nəticədə heyvanlarda xəstəliyin simptomları azalıb, oynaqdakı şişkinlik qismən çəkilib. Araşdırmalar göstərib ki, yaşıl çayın tərkibində olan maddə revmatoid artrit zamanı iltihab reaksiyalarının inkişafını “işə salan” zülallarla birləşir və bununla da onların aktivliyini azaldır.
    Alimlər hesab edir ki, gələcəkdə yeni aşkar olunmuş maddənin əsasında dərman preparatı hazırlanacaq ki, bu preparat da xəstəliyin simptomları ilə effektli şəkildə mübarizə aparacaq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.