• Rus Dili
  • Reklam
    » » Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub
    

    Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub

    23-02-2016, 14:14
    Oxunub: 670
    Şərhlər: 1
    Çap versiyası
    Azərbaycan Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

    İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəldi.

    Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

    Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

    Prezidentlər birgə foto çəkdirdilər.

    İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olundu.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
    Şərhlər (1)
    
    Eldeniz 25 mart 2016 22:14
    Salam cənab prezident Ilham Əliyev mən Məmmədov Eldəniz Ağstafa rayon sakini işsizliklə bağlı sizin xanımınız Mehriban xanım Əliyevaya rəsmi müraciyət etdim məktubuma cavab olaraq işsizlik mərkəzinə çagırıldım mənə iki iş təklif etdilər bir mesə bərpa işi məvacibi 125 manat dəyərində birdə daş karxanasinda nəvacibi 105-150 arasi ama oda yol uzaqdır verdikləri nəvacib yol pulu və yeməyi ancax görür sizdən xaiş edirəm məni bir işlə təmin edəsiz diqətinizə görə təşəkul
              1
    комментариев публикаций