• Rus Dili
  • Reklam
    » » Yumurta kəskin ucuzlaşdı
    

    Yumurta kəskin ucuzlaşdı

    23-02-2016, 19:57
    Oxunub: 946
    Şərhlər: 0
    Çap versiyası
    Yumurta kəskin ucuzlaşdı
    Bir neçə gün əvvəl marketlərdə yumurtanın 1 ədədi 15 qəpiyə satılırdısa, indi qiymət orta hesabla 9 qəpiyə düşüb. Maraqlıdır, iqtisadi böhran olduğu bir vəziyyətdə yumurtanın qiymətinin birbaşa 9 qəpiyə qədər düşürülməsinə səbəb nədir?

    Bu barədə Cebhe.info-ya danışan Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev yumurtanın ucuzlaşmasını istehsalın artımı ilə əlaqələndirib: “Yumurtanın ucuzlaşması 2-3 gün öncə başlayıb. Bir qədər əvvəl ölkədə fabrikdən yumurtanın topdansatış qiyməti 11 qəpik idi. Hazırda bu qiymət 6-7 qəpik təşkil edir. Ucuzlaşmanın əsas səbəbi odur ki, bu gün ölkədə yumurta istehsalı çoxdur və əhalinin yumurtaya olan tələbatı yerli istehsal hesabına tam təmin olunur. İstehsal həddən artıq çoxdur. Bu yaxınlarda xaricə mal ixrac olunacaq. O məsələ ilə bağlı hazırda iş gedir”.

    Aydın Vəliyev həmçinin yumurtanın istehsal qiymətləri ilə bazarlardakı qiymətlərin fərqinə də toxunub. O qeyd edib ki, marketlərdə, bazarlarda yumurtanın istehsal qiymətindən baha satılmasına əngəl ola bilmirlər: “Dəfələrlə yumurtanın istehsal qiymətindən baha satılmaması üçün market rəhbərlərinə xəbərdarlıq etmişik, hətta qaimələr yazıb veririk, buna baxmayaraq onlar yenə də istədikləri qiymətlə satış edirlər. Nə deyə bilərəm, onlar da o işin “xozeyni”dirlər”.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.