• Rus Dili
  • Reklam
    » » Oğuzda 11-ci sinif şagirdini maşın vurub
    

    Oğuzda 11-ci sinif şagirdini maşın vurub

    24-02-2016, 01:19
    Oxunub: 467
    Şərhlər: 0
    Çap versiyası
    Oğuzda 11-ci sinif şagirdini maşın vurub
    Oğuzda 11-ci sinif şagirdini maşın vurub.

    Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 23-ü axşam saatlarında Oğuz şəhəri M. Müşfiq küçəsi ev 8 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Validə Məlikşo qızı Səlimova ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Aparılan müayinə və araşdırma zamanı məlum olub ki, Oğuz şəhərindəki məktəblərin birində 11-ci sinif şagirdi, 17 yaşlı V. Səlimova repetitor yanında hazırlıqdan evə qayıdarkən, onu avtomobil vurub. Nəticədə V. Səlimova ağır kəllə-beyin travması alıb.

    Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz şəhər sakini, Aqil Asim oğlu Əzizov idarə etdiyi “BMV” markalı, 10 BM 711 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada V. Səlimovanı vurub.

    Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.