• Rus Dili
  • Reklam
    » » Rövşən Lənkəranski "prezidentin adamı" və "düşmən" elan olundu
    

    Rövşən Lənkəranski "prezidentin adamı" və "düşmən" elan olundu

    24-02-2016, 20:47
    Oxunub: 2 249
    Şərhlər: 0
    Çap versiyası
    Rövşən Lənkəranski "prezidentin adamı" və "düşmən" elan olundu
    Rusiya kriminal aləminin slavyan qruplaşmasından azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə ciddi zərbə dəyib.

    Cebhe.info xəbər verir ki, Sankt-Peterburq qruplaşması 38 yaşlı “qanuni oğru” Serqo Çoçxalaşvilinin səlahiyyətlərini əlindən alıb. Kriminal aləmdə böyük nüfuzu olan 38 yaşlı “oğru”nun “tac”ının alınması barədə qərarı Sankt-Peterburqdan olan kriminal “generallar” verib. Onlardan heç biri Serqonu “qanuni oğru” kimi tanımadığını bəyan edib və beləliklə də titul ləğv olunub.

    Bu isə təkcə onun özünə yox, həm də “qanuni oğru” Rövşən Lənkəranskiyə ağır zərbədir. Serqonun “taclandırlmasına” ilk yaşıl işığı Rövşən Lənkəranski yandırıb. Çuradze ilə bərabər

    Türkiyədə Serqonun “taclandırıldığı” “sxodka”nın təşəbbüskarı olan Rövşən Lənkəranski də beləliklə növbəti zərbəsini almış olub.

    Rusiya və Türkiyə arasında gərginlikdən sonra bu ölkədə yaşayan bütün “qanuni oğru”ların Ərdoğanın adamları hesab edilərək qeyri-rəsmi qaydada “Rusiyanın düşməni” elan olunub.

    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.