Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb
    

    Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb

    26-02-2016, 19:43
    Oxunub: 388
    Şərhlər: 0
    Çap versiyası
    Fətulla Hüseynovun oğlunun həbs müddəti artırılıb
    Bu gün Nərimanov Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Bu barədə “Report”a vəkil Kamandar Nəsibov məlumat verib.

    İş adamı barəsində həbs qətimkan tədbirinin müddəti iyun ayının 2-nə qədər artırılıb.
    Qeyd edək ki, A.Hüseynov 2015-ci ilin may ayında saxlanılıb. O, 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Həmin məbləğin böyük bir hissəsinin Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.
    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.