• Rus Dili
  • Reklam
    » » FİFA-nın yeni prezidenti ilk turda müəyyənləşmədi
    

    FİFA-nın yeni prezidenti ilk turda müəyyənləşmədi

    26-02-2016, 21:15
    Oxunub: 427
    Şərhlər: 0
    Çap versiyası
    FİFA-nın yeni prezidenti ilk turda müəyyənləşmədi
    Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib.

    Qol.Az-ın məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.

    Əsas mübarizə Canni İnfantino ilə Şeyx Salman ibn-İbrahim əl-Xəlifə arasında gedib. C.İnfantinoya milli federasiyaların 88, əl-Xəlifəyə 85 nümayəndəsi səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 27, Jerom Şampan 7 səs yığıb.


    Birinci turda heç bir namizəd qalib olmaq üçün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün FİFA prezidenti növbəti turda müəyyənləşəcək. Burada qalib olmaq üçün 50 faizdən 1 səs çox yığmaq lazımdır. Yeni prezident 4 il müddətinə seçiləcək.

    Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edibскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.