• Rus Dili
  • Reklam
    » » Azərbaycanda baş həkim barəsində cinayət işi başlanıb
    

    Azərbaycanda baş həkim barəsində cinayət işi başlanıb

    29-02-2016, 18:32
    Oxunub: 409
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda baş həkim barəsində cinayət işi başlanıb
    Onun 7000 manat və 12 min 600 dollar pulu rüşvət kimi almasına dair şübhələr var
    Bakı. 29 fevral.

    Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.

    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.