• Rus Dili
  • Reklam
    » » İqtisad Universitetində bəzi fakültələr ləğv edildi
    

    İqtisad Universitetində bəzi fakültələr ləğv edildi

    1-03-2016, 16:38
    Oxunub: 437
    Şərhlər: 0
    Çap versiyası
    İqtisad Universitetində bəzi fakültələr ləğv edildi
    Azərbaycan Dövlət İqtisad Universitetində struktur islahatları aparılıb. Universitetin Elmi Şurasında qəbul edilən qərara əsasən, “İqtisadiyyat və sənaye” və “Beynəlxalq İqtisadi Münasibətlər” fakültələri birləşdirilərək, “İqtisadiyyat” fakültəsi yaradılıb.

    Elmi Şuranın digər qərarı ilə “Beynəlxalq ticarət və gömrük işi” və “Ticarət” kafedraları birləşdirilərək, “Ticarət və gömrük işi” kafedrası yaradılıb.

    Bundan başqa, şura üzvləri Təcrübə və işədüzəltmə şöbəsinin ləğv edilərək, əvəzində iki qurum – Təcrübənin təşkili şöbəsi və Karyera Mərkəzi yaradılması barədə qərar qəbul ediblər.
    Təcrübənin təşkili şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedoqoji təcrübələri ilə məşğul olacaq. Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərini həyata keçirəcək (AzNews.az).
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.