• Rus Dili
  • Reklam
    » » Qəpik-quruşa gətirilən quru meyvələr ölkədə 20-30 dəfə bahasına satılır
    

    Qəpik-quruşa gətirilən quru meyvələr ölkədə 20-30 dəfə bahasına satılır

    1-03-2016, 16:41
    Oxunub: 532
    Şərhlər: 0
    Çap versiyası
    Qəpik-quruşa gətirilən quru meyvələr ölkədə 20-30 dəfə bahasına satılır
    AXCP Rəyasət Heyətinin üzvü, tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov ölkəyə gətirilən quru meyvələrin daxili bazarda idxal qiymətindən 20-30 dəfə baha satıldığını göstərən statistika paylaşıb. V.Məhərrəmov feysbuk səhifəsində yazıb.

    Dostlar, qarşıdan Novruz Bayramı gəlir. indidən bayram tədarükü görənlər var. Xatırladım ki, inhisarçı məmurlar xarici ölkələrdən qəpik-quruşa aldıqları quru meyvələri Azərbaycan bazarında 20-30 dəfə baha qiymətə satışa çıxarır.
    Ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini təqdim edirəm:
    Ananas (təzə və ya qurudulmuş) – 23 qəpik
    Qurudulmuş qara gavalı – 33 qəpik
    Limon (qurudulmuş) – 30 qəpik
    Qurudulmuş üzüm – 37 qəpik
    Qurudulmuş ərik – 31 qəpik
    Təzə üzüm – 24 qəpik
    Portağal – 24 qəpik
    Laym – 23 qəpik
    Alma – 24 qəpik
    Armud – 26 qəpik
    Qabıqlı qoz – 49 qəpik
    Qabıqlı püstə – 95 qəpik
    Qabıqlı şabalıd – 37 qəpik
    Hind qozu (quru) – 31 qəpik
    Qabığı təmizlənmiş qoz – 75 qəpik
    Qabığı təmizlənmiş badam – 35 qəpik
    Keşyü fındığı (qabığı təmizlənmiş) -37 qəpik.
    Qeyd edək ki, 1 kiloqram malın qiyməti həmin ilin dolların manata nisbətinə uyğun hesablanıb

    azadliq.infoскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.