• Rus Dili
  • Reklam
    » » Prezidentin 40 milyard dollarlıq gizli sərvətləri- VİDEO -
    

    Prezidentin 40 milyard dollarlıq gizli sərvətləri- VİDEO -

    30-01-2016, 14:02
    Oxunub: 1 395
    Şərhlər: 0
    Çap versiyası
    Prezidentin 40 milyard dollarlıq gizli sərvətləri- VİDEO -
    "BBC One” telekanalı Riçard Biltonun "Putinin gizli sərvətləri” adlı sənədli filmini nümayiş etdirib.
    AzVision.az xəbər verir ki, filmdə Rusiya prezidentinin var-dövlətindən bəhs edilir.
    Müəllifin qiymətləndirməsinə əsasən Vladimir Putin Avropanın ən varlı, dünyanın isə ən zəngin şəxslərindəndir. Onun sərvətinin 40 milyard dollar dəyərində olduğu bildirilir.
    ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavabdeh olan Maliyyə Nazirliyinin rəsmisi Adam Şubin bildirib ki, Putinin adının korrupsiyada hallanması faktı çoxdan hökumətə bəllidir. Onun sözlərinə görə, Putinin rəsmi əmək haqqı bir il üçün 110 min dollardır, lakin bu Rusiya liderinin gəlirlərinin heç də əsas hissəsi deyil.
    Filmdə Putinin İspaniyada mülkünün olduğu qeyd edilib. Bu barədə "Putinin işi”ni aparan ədliyyə polkovnik-leytenantı Andrey Zıkov bildirib.
    Kotteclərin tikintisi üzrə vəsaiti İspaniyaya "Dvatçatıy trest” adlı şirkət köçürüb. Büdcə vəsaitlərinin bu şirkətin rəhbərliyi tərəfindən oğurlanması ilə bağlı cinayət işi qaldırılıb ki, bu işi həmin vaxt ağır işlərlə bağlı istintaq işini aparan Zıkov araşdırıb.
    Onun sözlərinə görə, vəsaitlərin mənimsənilməsində Putinin əli var.
    Rusiyalı biznesmen Maks Fridzon filmdə Vladimir Putini Sankt-Peterburq merinin müavini olduğu vaxt onun neft şirkətinin 4% səhmlərini əldə etməkdə ittiham edib. Şirkət məhz bunun sayəsində "Pulkova” hava limanına aviayanacağın çatdırılmasına dair eksklüziv hüquq əldə edib.
    Fridzonun sözlərinə görə, Putin 15% həcmində pay tələb edib, lakin bu fakt heç bir sənəddə öz əksini tapmayıb. Kreml isə bu cür ittihamları rədd edir.
    Vladimir Putinə yaxın adamlar onu Mixayıl İvanoviç adlandırırlar. Bunu jurnalistə açıqlamasında "Sovkomflot”un sabiq rəhbəri Dmitriy Skarqa bildirib. Skarqa, həmçinin telekanala bildirib ki, 2002-ci ilin martında milyonçu Roman Abramoviçin "Olimpiya” yaxtasının 45 milyon dollar müqabilində Putinə verilməsi prosesinə rəhbərlik edib.
    Skarqa iddia edir ki, Putin yaxtanı offşor şirkət vasitəsilə alıb: "Yaxtanın cari xərcləri birbaşa Rusiya büdcəsindən ödənilib.
    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov BBC-ə açıqlamasında ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsinin Rusiya prezidentinin rüşvətxor olmasına dair bəyanatının uydurma olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.