• Rus Dili
  • Reklam
    » » WhatsApp-dan yenilik, video danışıq
    

    WhatsApp-dan yenilik, video danışıq

    3-03-2016, 12:27
    Oxunub: 1 468
    Şərhlər: 0
    Çap versiyası
    WhatsApp-dan yenilik, video danışıq

















    Dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp-da olan dostlarınızla görüntülü danışmaq artıq mümkün oldu.

    BAKU.WS-in məlumatına görə, Booyah adlı proqram vasitəsi ilə sürətli bir şəkildə Android və iOS platformasındakı WhatsApp proqramından dostlarınıza video zəng edə bilərsiniz. iOS versiyası hələ bir ay əvvəl istifadəyə verilən proqramın, Android versiyası bu gündən Play Market-də öz yerini alıb.

    Booyah yüksək keyfiyyətdə görüntülü danışıqları təmin edə bilir. Bununla da siz WhatsApp yoldaşlarınızdan ibarət bir qrupla asanca görüntülü danışa bilərsiniz. Tətbiqi qurduqdan sonra video söhbətə dəvət üçün telefon kitabçasından dostlarınızı əlavə edirsiniz. Çox sadə proqram olan Booyah tək bir düyməyə toxunaraq video konfrans üçün hazır olmanıza imkan verir. Görüntülü qrup söhbətinə 12 nəfərə qədər dostunuzu dəvət edə bilərsiniz.

    Video konfransa dəvət edə bilmək üçün yalnız WhatsApp-dakı dostalrınızı deyil, Snapchat, Instagram və Facebook Messenger kimi digər platformlardaki yoldaşlarınızla da söhbət edə bilərsiniz.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.