• Rus Dili
  • Reklam
    » » Həkim lənkəranlı qadını necə şikəst etdi?
    

    Həkim lənkəranlı qadını necə şikəst etdi?

    5-03-2016, 11:50
    Oxunub: 311
    Şərhlər: 0
    Çap versiyası
    Həkim lənkəranlı qadını necə şikəst etdi?
    Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutunda çalışan Nadir Hüseynov Minayət Məmmədovanı səhv müalicə etdiyindən yataq xəstəsinə çevirib

    Minayə Məmmədov 1990-cı ildə avtobusdan düşərkən yıxılıb. İlk mərhələdə ayağındakı ağrıları gözardı etdiyindən müalicə də almayıb. Lakin ağrıları getdikcə şiddətləndiyindən həkimə müraciət edib.

    Lənkəran rayonunun Kərgəlan kənd sakini olan Minayə xanım başına gələnlərdən bir müddət sonra rayon Mərkəzi Xəstəxanasında müalicə alsa da, bu onun ağrılarını bir müddət sakitləşdirir. Amma problem aradan qalxmır. Ötən ilin iyulunda ağrılara dözə bilməyən Minayət Məmmədova Bakıya, Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutuna üz tutur. Orada həkim Nadir Hüseynov tərəfindən müayinə olunur. Nadir Hüseynov xəstəyə bildirir ki, onun ciddi problemi yoxdur, sadəcə, ayaq sümüyündə yüngül soyuqdəymə var.

    JAM.AZ-a başına gələnləri nəql edən xanım vurğulayır ki, İnstitutda ayağını rentegendən keçirib, ona 3 mərhələləi müalicə kursu yazırlar. Di gəl, bu müalicə də effektsiz olur. Və ağrıları getdikcə şiddətlənməyə başlayır. İş o yerə çatır ki, Minayət Məmmədova yerimək qabiliyyətini itirərək, yataq xəstəsinə çevrilir. «Nadir Hüseynova zəng vurub vəziyyətimi izah etdikdə mənə bildirdi ki, narahatlıq yoxdur, zaman içində ağrılar keçəcək. Həmin vaxt müalicə almağıma dair hər hansı bir sənəd də vermədi».

    O bildirir ki, ötən ilin sentyabrında ağrılarının şiddətlənməsinə dözə bilməyərək Lənkəran Mərkəzi Xəstəxanasına üz tutmalı olub. «Xəstəxanın rentgenoloqu Nicat Dadaşov müayinə edib bildirdi ki, ayağım əməliyyat olunmalıdır. Retegenin cavabını da mənə verib tapşırdı ki, təcili olaraq Bakıya, Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutuna getməliyəm. İnstitutda N.İsmayılov ayağıma qoyulmuş diaqnozun cavablarına baxaraq, heç nə demədi. Sadəcə, bildirdi ki, ayağımı açıb, bağlayım. Ardından da kağız yazıb, onu Lənkəran Mərkəzi Xəstəxanasına verməyimi istədi».

    Lənkəran sakini qeyd edir ki, Bakıda ayağının əməliyyat olunması üçün ondan pul istəyiblər. «Mənə dedilər ki, ayağımın əməliyyat olunması üçün 4-5 min manat pul lazımdır. Mənim o qədər pulum yoxdur. İki uşaq saxlayıram. Həyat yoldaşım rəhmətə gedib. Uşaqlarımın dolanışığını təmin etmək üçün min bir zülüm çəkirəm. Əgər ayağa dura bilsəydim, özüm çalışıb, həm uşaqlarımı saxlayar, həm də əməliyyat xərcimi düzəltmək üçün çalışardım».

    Minayət Məmmədova şikayətinin Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutunun həkimi Nadir Hüseynovdandır. O bildirir ki, əgər həkim zamanında onun ayağına doğru düzgün diaqnox qoysaydı, bu günki durum yaşanmazdı. «Ən dəhşətlisi odur ki, mən vəziyyətimlə bağlı Nadir Hüseynova məlumat verəndə o mənə elə bir cavab verdi ki, özüm belə təəccübləndim. Təsəvvür edin, mən şikəst olmaq dərəcəsinə çatmışam, indiyə qədər səhv müalicə səbəbindən yataq xəstəsinə çevrilmişəm. Nadir Hüseynov isə mənə deyir ki, rentegenin cavabı səhv olub, düzgün müayinə apara bilməyib və səhv edib. Üstəlik, günahın özündə olduğunu da deyib. Beləsinə nə ad verəsən?»

    Lənkəran sakini qeyd edir ki, onun istəyi düşdüyü duramla əlaqədan pensiya ilə təmin olunması və onu səhv müalicə edərək, şikəst hala salan Nadir Hüseynovun cəzalandırılmasıdır.

    Qarşı tərəfi də dinləməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.